Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109623
az

Almaniyada Fələstinin tanınması gündəmdədir

17:2822 May, 2024
96
DÜNYA
  • A

"Spiegel" yazır ki, Almaniya Fələstini yalnız İsraildəki münaqişə tərəfləri iki dövlət razılaşması əldə etdikdən sonra dövlət kimi tanımaq istəyir.

 

Oxu24.com xəbər  verir  ki, Bundestaq üzvü İzabelle Kademartori deyib: “Almaniya girovların azad edilməsi və atəşkəsin razılaşdırılması şərti ilə Avropanın birgə təşəbbüsünün bir hissəsi kimi Fələstinin tanınmasını təşviq etməlidir”.


“Fələstinin tanınması Yaxın Şərq münaqişəsinin uzunmüddətli siyasi həlli yolunda mühüm ilk addım ola bilər, məqsədi İsrailin təhlükəsizliyini təhdid etməyən Fələstin dövləti ilə dinc yanaşı yaşamasıdır”, - Kademartori bildirib.

 

Eyni zamanda, onun partiya üzvü, Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot bildirib ki, Fələstinin bir dövlət kimi tanınması “yanlış zamanda yanlış siqnal” ola bilər.

 

Yada salaq ki, bu gün İspaniya, İrlandiya və Norveç artıq fələstinlilərin özlərinin tam muxtar, legitim dövlətləri yaratmaq hüququnu tanıdıqlarını bəyan ediblər.

 

Bu qərara cavab olaraq İsrail İrlandiya və Norveçdəki səfirlərini geri çağırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Ukraynaya icazə verdi: Rusiyanın dərinliyinə zərbə endiriləcək
Gürcüstan prezidenti vətəndaşları etiraz aksiyalarını davam etdirməyə çağırıb
Rusiya vilayətində avtobus qəzaya uğrayıb

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır