Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108791
az

Bu akademiya publik hüquqi şəxsə çevriləcək

16:0714 May, 2024
31
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.

Oxu24.com xəbər verir ki, qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Nizamnaməyə əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

Akademiya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. Akademiyanın nizamnamə fondu 19.767.070 (on doqquz milyon yeddi yüz altmış yeddi min yetmiş) manatdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Teleqramda nasazlıq yarandı
Səhərlər qaraçörəkotu çeynəmək hansı problemləri aradan qaldırır?
İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü