Ramil Şeydayev rəsmən “Qarabağ”da
18 Sentyabr 2025, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
236
05.05.2024, 08:29
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.
Bu barədə Oxu24.com-a mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, imtahanda 1 274 namizəd iştirak edəcək. Onlardan 972 nəfər Azərbaycan, 302 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 565 nəfəri oğlan, 709 nəfəri isə qızdır. 277 nəfər cari ilin, 526 nəfər əvvəlki illərin məzunudur. 471 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 18 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Daha əvvəl bildirilib ki, imtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Həmçinin oxuyun
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 122 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
23:56 / 18 Sentyabr 2025
76
23:46 / 18 Sentyabr 2025
146
22:53 / 18 Sentyabr 2025
220
22:19 / 18 Sentyabr 2025
233
22:05 / 18 Sentyabr 2025
249
21:50 / 18 Sentyabr 2025
460
21:46 / 18 Sentyabr 2025
619
19:08 / 18 Sentyabr 2025
502
18:34 / 18 Sentyabr 2025
530
17:58 / 18 Sentyabr 2025
575
17:30 / 18 Sentyabr 2025
281
16:00 / 18 Sentyabr 2025
374
15:46 / 18 Sentyabr 2025
429
15:40 / 18 Sentyabr 2025
557
15:33 / 18 Sentyabr 2025
211
15:27 / 18 Sentyabr 2025
125
15:06 / 18 Sentyabr 2025
427
15:03 / 18 Sentyabr 2025
167
14:44 / 18 Sentyabr 2025
1082
14:36 / 18 Sentyabr 2025
168
14:31 / 18 Sentyabr 2025
429
14:29 / 18 Sentyabr 2025
128
14:02 / 18 Sentyabr 2025
195
13:49 / 18 Sentyabr 2025
186
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.