Türkiyənin Ticarət Nazirliyi İsraillə ticarətin dayandırıldığını təsdiqləyib.
OXU24.COM xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinin icrasına başlanılıb. Bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - deyə nazirlikdən bildirilib.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İsrail Katz Türkiyə rəsmilərinin İsrailin ixrac və idxalı üçün limanları bağlayaraq mövcud ticarət razılaşmalarını pozduğunu bildirib.
xxx
21:12
Ankara İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Bloomberg" iki türk rəsmisinə istinadla yazır.
"Türkiyə cümə axşamı (2 may 2024-cü il) günündən etibarən İsrailə bütün ixrac və idxalı dayandırıb”, - nəşr yazır.
Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
Məlumatda 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin pul ifadəsində 6,8 milyard dollar təşkil etdiyi vurğulanır. Eyni zamanda, tədarükün 76%-i Türkiyə mallarının ixracından əldə olunub.
Aprelin 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə artıq aktiv ticarət əlaqələrinin olmadığını bildirib. Respublika başçısının sözlərinə görə, hazırda Ankara ilə yəhudi dövləti arasında bu sahədə əməkdaşlıq mümkün deyil. Səbəbi İsrailin Qəzza zolağının 100 mindən çox sakininin həyatına görə məsuliyyət daşımasıdır.
Həmin ayın əvvəlində Türkiyənin Ticarət Nazirliyi İsrailə müəyyən növ sənaye mallarının tədarükünə məhdudiyyətlər qoyub . Siyahıya gübrələr və polad məhsulları da daxil olmaqla ümumilikdə 54 ad daxil edilib.
Oxu24.com
ŞƏRHLƏR