Qaynar xətt:

(+99450) 247 90 86

Tikinti materialları satışı mağazası yanıb - Xəsarət alan var

2024/05/01/1714568206_1714567900.e69d6c0637dd26f8094fece8b056a031.jpg

CƏMİYYƏT

229

01.05.2024, 17:00

Şəmkir rayonunun Düyərli kəndində bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Oxu24.com xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.