Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobillər toqquşdu, azyaşlı qardaş-bacı ağır yaralandı

2024/04/30/1714460647_1714452716.bmv.jpg

CƏMİYYƏT

178

30.04.2024, 10:54

Bakının Xəzər rayonunda azyaşlı bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu24.com report-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü T. Axundov və onun bacısı 2018-ci il təvəllüdlü S.Axundova xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.