Mayın 1-dən Rusiya istehsalı olan şərablar ən azı 100 rubl bahalaşacaq.
OXU24.COM xəbər verir ki, bu barədə maliyyə analitiki və iqtisad elmləri namizədi Mixail Belyaev bildirib.
O, "Lenta.ru" ilə söhbətində aksiz vergisinin artırılması fonunda qiymət dəyişikliklərindən danışıb.
“Rusiya istehsalı olan şərabların qiymətinin ən azı 100-150 (təxminən 2 manat) rubla qədər artacağı güman edilir. Xarici məhsullar üçün isə daha çox. Orada qiymət ikiqat ola bilər. Xaricdən gətirilən ən ucuz şərab 700-800 rubla başa gələcək”, - Belyaev xəbərdarlıq edib.
Rusiya hökuməti Qərbin sanksiyalarına cavab olaraq 2023-cü ilin iyul ayında idxal edilən şərablara gömrük rüsumunun dərəcələrini artırmağa qərar verib. 2024-cü il mayın 1-dən etibarən hər litr şərab üçün aksiz vergisi 36 rubldan 108 rubla yüksələcək.
Oxu24.com
ŞƏRHLƏR