Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106886
az

“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”

18:4023 Aprel, 2024
132
SİYASƏT
  • A

“1989-1991-ci illərdə indiki kimi bol informasiya vasitələri;  internet, sosial şəbəkə, saysız-hesabsız saytlar, telekanallar yox idi. Yəni rus hərbçilərin ermənilərin xeyrinə, Azərbaycanın ziyanına etdiyi əməllər mütəmadi şəkildə açıqlanmırdı, ifşa edilmirdi…”
 

“Mən hələ 2020-ci ilin noyabrında Rusiya “sülhməramlı”larının Azərbaycanın Yuxarı Qarabağ ərazisinə yerləşdirildiyi ilk günlərdən söylədim ki, onların sırf Azərbaycan xalqının və dövlətinin maraqları üçün heç bir ciddi faydası olmayacaq. Çünki 1988-ci ildən o vaxtadək keçən 32 ildə bütün xalqımız, xüsusən Qarabağ didərginləri ilə bərabər, həm də bir döyüşçü, hərbçi kimi mənim də başım daşdan-daşa dəymişdi”. 
 
Bu fikri OXU24.COM   açıqlamasında son günlər Rusiya “sülhməramlı” kontingentinin Azərbaycan ərazilərindən çıxarılması və onların bir qisminin Ermənistana keçirilməsi haqda məlumatlara münasibət bildirən tanınmış Qarabağ qazisi, sabiq tabor komandiri Azay Kərimov ifadə edib.
 
“Hələ 1989-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ və ətraf rayonların ərazisinə SSRİ Daxili Qoşunlarının 5 briqadası yerləşdirilmişdi. Ümumi sayları 5-6 min olardı. Onların əsas qərargahı Xankəndinin o vaxt işlək olan dəmiryolu vağzalı idi. Budəfəki “sülhməramlı”lar kimi onların da vəzifəsi guya azərbaycanlılar və ermənilər arasında qarşıdurmaların qarşısını almaq, yəni bölgədə sülh və sabitliyi təmin etmək idi. Lakin həm xristian olmaları, həm də tamahları, nəfsləri ucbatından həmin rus hərbçilərinin 95 faizi ermənilərə satılmışdı. Bir də ona görə ki, ermənilər sovet-rus zabit və əsgərlərini hərtərəfli təmin edirdilər. Həm yemək, spirtli içki, araq, çaxır baxımından, həm də, üzr istəyirəm, qız, qadın baxımından... Ona görə də son nəticədə torpaqlarımız işğal olundu...
 
Dəfələrlə rus hərbçilərin erməni terrorçularına dəstək, birbaşa kömək etməsinin şahidi olmuşam. Bir dəfə yadımdadır ki,  sovet-rus qoşunlarının Kərkicahandakı komendaturasına komandiri ilə birlikdə bir ZTR gəldi. Mən erməni dilində az-çox bilirdim. Qərargahda bir erməni mülki var idi. O, elə bildi ki, mən də erməniyəm və oradakı erməni zabitlərə dedi ki, bu gecə ruslarla bir yerdə Kərkicahanı darmadağın edəcəyik. Bu planın qarşısını almaq üçün biz həmin komendaturanın rəisi olan rus podpolkovniki girov götürməli olduq”, -deyə davamında keçmiş döyüşçü zabit bildirib.
 
“Budəfəki “sülhməramlı”lar da yenə də eyni cür fəaliyyət göstərməyə, yəni erməni separatçılarına maksimum dəstək verməyə çalışırdılar. Yaxşı yadınızda olar, 2021-ci ilin oktyabrında Şuşada Azərbaycan ordusunun postuna qumbara ataraq hərbçilərimizi yaralamış erməni terrorçunu dərhal bizimkilərin əlindən alıb Xankəndindəki separatçılara təhvil verdilər. Demək olar ki, 2023-cü il sentyabrın sonunadək Qarabağdakı erməni terrorçularına Ermənistandan gizli yollarla silah-sursat və texnika daşımaqda kömək etdilər, onlara təlimlər keçdilər, onların torpaqlarımızda yenidən minalar basdırmasına göz yumdular və s.
 
Soruşa bilərsiz ki, bəs necə oldu ki, sonda “sülhməramlı”lar erməni separatçıların təmizlənməsinə göz yumdular. Bilirsiz niyə? Əvvəla, dövlətimizin beynəlxalq şəraitə uyğun apardığı siyasət və diplomatiya, ikincisi də siz jurnalistlərin, sosial şəbəkələrin informasiya basqısı Rusiyanı Azərbaycanın maraqlarına uyğun hərəkət etməyə məcbur etdi. 1989-1991-ci illərdə indiki kimi bol informasiya vasitələri;  internet, sosial şəbəkə, saysız-hesabsız saytlar, telekanallar yox idi. Yəni rus hərbçilərin ermənilərin xeyrinə, Azərbaycanın ziyanına etdiyi əməllər mütəmadi şəkildə açıqlanmırdı, ifşa edilmirdi. Ancaq bu dəfə həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə “sülhməramlı”ların separatçılara silah-sursat daşımasına dəstək vermələri və s. sürəkli işıqlandırılırdı. Odur ki, artıq ifşa olunduqlarını görüb sonda Azərbaycan ordusunun haqlı, ədalətli təmizləmə əməliyyatlarına susqunluq nümayiş etdirdilər”, - deyə Qarabağ qazisi izah edib.
 
“O ki qaldı, Rusiya “”sülhməramlı” kontingentinin Azərbaycanı tərk etməsinə, Allah eləməmiş, Putinin yerinə olsyadım, mən də eyni qərarı verərdim. Çünki 2023-cü ilin sentyabrın 19-dək formal da olsa, bir iş görən rəsmi rəqəmlərə görə 2000-ə yaxın, qeyri-rəsmi rəqəmlərə görə isə 5-10 min  rus hərbçisi ermənilərin Qarabağdan köçməsindən sonra Rusiya üçün heç bir fayda kəsb etmirdilər. Həm hərbçilərin özləri, həm də onların arxa cəbhəsini təmin etmək üçün müxtəlif mülki əməkdaş, onların özlərinin, texnikalarının ərzaq, geyim, yanacaq və s. təminatı, onlara əmək haqqı ödənilməsi və s.  Özü də Rusiyanın Ukrayna cəbhəsində canlı qüvvə və texnikaya böyük ehtiyacı olduğu halda... İndi bəzi məlumatlara görə, “sülhməramlı”ların bir qismi Dağıstan istiqamətində, digər qismi isə Ermənistan istiqamətində sərhədlərimizi tərk etməkdədirlər. Hesab edirəm ki, rus hərbçilərinin bir qisminin  Ermənistana aparılmasında məqsəd oradakı revanşist və Qarabağdan köçmüş ermənilər vasitəsilə Paşinyan hakimiyyətinə qarşı hər hansı bir əməliyyat başladıqda 102-ci Rusiya bazasına dəstək verməkdir”, -deyə keçmiş komandir diqqətə çatdırıb.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Bu ölkə ABŞ-a xəbərdarlıq etdi
Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ -"S-400"lərin taleyi ilə bağlı YENİLİK

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı