Oxu24.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü RİA Novosti-yə bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqə orada yerləşən qoşunların mühafizəsini təmin etmək üçün əlavə qüvvələr göndərir.
"Biz regional çəkindirmə səylərini dəstəkləmək və ABŞ qoşunlarının təhlükəsizliyini gücləndirmək üçün bölgəyə əlavə qüvvələr yerləşdiririk", - Pentaqonun sözçüsü bildirib.
O qeyd edib ki, hazırda ABŞ Müdafiə Nazirliyində başqa məlumat yoxdur. Hərbi rəsminin şərhləri İranın İsrailə mümkün hücumu ilə bağlı narahatlıqlar fonunda verilib.
Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton İranın İsrail ərazisinə zərbə endirmə təhlükəsini “real” kimi qiymətləndirir.
Bundan əlavə, The Wall Street Journal İsrailin yaxın 48 saat ərzində İrandan zərbə gözlədiyini yazıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR