Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104541
az

Bu dərmanların istifadəsi xərçəng yaradır - Onkoloqdan SOS

16:3018 Mart, 2024
382
TİBB
  • A

Tərkibində estrogen olan dərmanlar xərçəngin inkişafına səbəb ola bilər. Onların siyahısına menstrual pozuntular və ya menopoz zamanı qadınlara təyin olunan oral kontraseptivlər və dərmanlar daxildir.

OXU24.COM  publika.az-a istinadən xəbər verir ki, bunu onkoloq, kimyaterapevt, tibb elmləri namizədi Anton İvanov "Gazeta.ru"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu dərmanların həddindən artıq və düzgün olmayan istifadəsi şişlərin yaranma riskini daha da artıra bilər. Antidepresantlara gəlincə, onlar prolaktin səviyyəsini artırır ki, bu da reseptorların fəaliyyətinin vəziyyətinə və süd vəzilərinin həssaslığına təsir göstərə, nəticədə döş xərçənginə səbəb ola bilər.

"Miyelodisplastik sindrom - sümük iliyinin yetəri qədər sağlam qan hüceyrələri istehsal edə bilməməsidir, bu zaman müalicə məqsədilə müəyyən dərmanlardan istifadə olunur. Terapiya hipometilləşdirici maddələr olmadan tamamlanmır. Məhz bu dərmanlar əvvəllər aktiv olmayan onkogeni oyadır - bu da öz növbəsində, kəskin leykemiyaya səbəb olur", - deyə mütəxəssis izah edib.

Həkim eyni siyahıya tərkibində "N-nitrosodimetilamin" olan (xoralar və mədə ağrısı üçün istifadə edilir) həbləri də əlavə edib.

"Bu maddə qaraciyər və bağırsaqların fəaliyyətinə pis təsir edir, həmçinin xərçəngin inkişafına təkan verə bilər. Eyni zamanda, kombinasiya olunmuş oral kontraseptivlər də xərçəngin inkişafına səbəb olur. Bu həblərin bir çox əks təsiri var, ən təhlükəlisi trombozdur", - İvanov yekunda qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər