Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104304
az

"Aztelekom"dan gülünc cavab: "Müqavilə üçün kağızımız yoxdur" - ŞİKAYƏT

13:3213 Mart, 2024
6615
ÖZƏL BÖLÜM
  • A

Son günlər  sosial  mediada  "Aztelekom" MMC haqda  narazılıq  və  şikayət  yönlü  yazılar  yer almaqdadır. 

 

Oxu24.com  xəbər  verir  ki, belə şikayətlərdən  biri  də  Ucar  rayon  sakinləri  tərəfindən  edilib.

 

Yerli  sakinlərin  saytımıza  verdiyi  məlumata  görə, Ucar rayonu,Qarabörk kəndi ərazisində  yaşayan  sakinlər  illərdir   ki,bu  qurumun yarıtmaz işi nəticəsində internetsiz qalıb.

 

Nəzərdə  tutulmuş layihəyə  əsasən rayonun  Qarabörk  kəndi  də  2023-cü ilin  dekabrın  sonuna  qədər  yeni  nəsil  internet  şəbəkəsi ilə  təmin  edilməli idi.

 

Lakin "Aztelekom" əməkdaşlarının yarıtmaz işlərinə  görə bu iş hələ də uzanır.

 

2023-cü ildə söz verilən  internet  2024-cü ilin martında  hələ də  verilməyib.

 

Dövlətdən milyonlar alan "Aztelekomun" kağızı yoxdur...

 

Dövlətdən  dəstək  alan  qurumun  müqavilə  kağızının olmaması da  gülünc  doğurur.

Bununla  bağlı  Oxu24.com  saytına  yerli  vətəndaşlar  məlumat  verib. Kənd  sakini  K.C -nın  sözlərinə  görə yeni  internet  xəttinə  qoşulmaq  üçün "Aztelekom" MMC-nin  Ucar  rayon  şöbəsinin  əməkdaşlarına  müraciət etsə  də,aldığı  cavabdan  xeyli  təəccüblənib.

 

Qurumun  əməkdaşı  deyib ki,hazırda  bizdə  kağız  yoxdur,bu  səbəbdən də  müqavilə  imzalaya  bilməyəcəklər. 

 

Problem bununla  bitmir.

 

Mövzu ilə bağlı "Aztelekom" MMC-nin mətbuat xidmətinə sorğu ünvanlasaq da cavab verilmədi.

 

Sual budur: Bu qədər neqativ halların müşahidə olunduğu  quruma  layihələrin  verilməsində  kimin  marağı  var?

 

Oxu24.com növbəti yazıda  "Aztelekom"-un bəzi əməkdaşlarının uyğun olmayan  əməlləri  barədə  məlumatları  təqdim  edəcək.

 

Qeyd  edək  ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində  olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Tural Pirverdiyevdir.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi