“Amazon”un sahibi Ceff Bezos dünyanın ən varlı insanların siyahısında yenidən birinci yerdə qərarlaşıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
O, “Tesla”, “SpaceX” və X sosial şəbəkəsinin sahibi İlon Maskı geridə qoyub.
Buna səbəb “Tesla” aksiyalarının qiymətlərinin 7%-dən çox düşməsi olub.
Bezosun varidatı 200 milyard dollar, Maskınkı isə 198 milyard dollar təşkil edib.
Üçüncü yerdə LVMH qrupunun rəhbəri Bernar Arno (197 milyard), dördüncü yerdə isə “Meta”nın rəhbəri Mark Sukerberq (179 milyard) qərarlaşıb. Beşinci yeri isə “Microsoft”un rəhbəri Bill Qeyts tutub (150 milyard).
Xatırladaq ki, C. Bezos dünyanın ən varlı insanı tituluna 2017-2020-ci illərdə sahib olub. 2021-ci ilin yanvarında Mask ilk dəfə bu siyahıya başçılıq etmişdi. Bundan sonra Bezos ilk pilləni yalnız həmin ilin fevralında cəmi iki gün müddətinə tuta bilmişdi.
Oxu24.com
ŞƏRHLƏR