İtaliya hökuməti SAMP/T orta mənzilli hava hücumundan müdafiə sistemini Slovakiyadan geri çəkmək niyyətində olduğunu açıqlayıb. B
Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə öz səhifəsində müraciəti əks etdirən video yayımlanan Slovakiyanın baş naziri Robert Fiko bildirib.
"Mən İtaliya hökumətindən bildiriş aldım ki, bir il müddətinə bizə borc verdikləri İtaliyanın hava hücumundan müdafiə sistemi Slovakiyadan çıxarılacaq, çünki onlara başqa yerdə lazımdır".
Martın 2-də Fiko bildirib ki, Ukrayna Qərb ölkələrinin dəstəyinə baxmayaraq, münaqişəni öz xeyrinə həll edə bilmir.
Həmin gün Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib ki, Bratislava Ukraynaya hərbi personal göndərmək niyyətində deyil.
Fevralın 27-də Robert Fiko Ukrayna ilə bağlı Fransada keçirilən qeyri-rəsmi sammitdən məyus olduğunu bildirib.
Fiko bir müddət əvvəl Qərbin Ukraynadakı vəziyyətlə bağlı ən pis qərarın qəbuluna doğru getməsindən qorxduğunu bildirmişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR