Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb.
Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:
"Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib".
09:02
Səhər saatlarında Bakı metrosu növbəti problemlə üzləşib.
Regionxeberleri.com Milli.Az-a istinadən stansiya əməkdaşlarının verdiyi məlumata görə qatarda nasazlıq yaranıb.
Yaranan nasazlıq intervalda gecikmələrə səbəb olub ki, bu da platformlarda sərnişin sıxlığına gətirib çıxarıb.
Sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, "Həzi Aslanov"dan "Dərnəgül"ə hərəkətdə olan sərnişin dolu qatar "Gənclik" - "28 May" stansiyası istiqamətində 15 dəqiqəyə yaxın tuneldə qalıb.
Yaranan problemin hələ də aradan qaldırılmadığı deyilir. Oxu24.com
ŞƏRHLƏR