Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103413
az

Tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var

09:0826 Fevral, 2024
133
CƏMİYYƏT
  • A

Matça çayı min ildən çoxdur istifadə olunur. Yaponiyada budistlərin konsentrasiyanı gücləndirmək və bədəni təmizləmək üçün meditasiyadan əvvəl içdikləri matça hazırda daha populyardır.

OXU24.COM  xəbər verir ki,  matçanın ən əhəmiyyətli faydalarından biri hər qurtumda bədəni meqa dozada antioksidant ilə təmin etməsidir.

Elmi araşdırmalara görə, matçanın tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var. Mütəxəsislər 1 stəkan matça çayının 10 stəkan yaşıl çaya bərabər olduğunu bildirirlər. Tərkibindəki maddələr sayəsində xərçəngdən qoruyucu təsirə malikdir.

Çaylar arasında ən çox "L-Theanine" ehtiva edən matça beyin funksiyalarının inkişafı üçün də çox əhəmiyyətlidir. "L-Theanine" beyində alfa dalğalarını gücləndirir, beləliklə yaradıcılığı artırır.

Matça həm də zehni sakitləşdirir və bədəni rahatlaşdırır. C vitamini, selenium, xrom, sink və maqnezium mənbəyi olan bu çay xolesterolu və qan şəkərini azaldan təsirə malikdir.

1 stəkan matça çayının tərkibində 30 mq kofein var. Yəni tərkibindəki kofeinin miqdarı qəhvədən azdır. "L-Theanine" sayəsində kofein daha yavaş sorulur. Beləliklə, kofeinin müsbət təsirləri daha uzun müddət davam edir.

Son illərdə aparılan başqa bir araşdırmaya görə isə matça çayı fiziki dözümlülüyü 4% artırır./medicina.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvan-Moskva aviareysində TƏHLÜKƏ: təyyarənin qapısını açmağa cəhd etdi - VİDEO
Bakının 4 rayonu QAZSIZ QALACAQ
Sabahdan Azərbaycanda internet ucuzlaşır - YENİ TARİFLƏR

Nəhəng pandalar ABŞ-a qayıdacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Ramin İsayevin ittihamı ağırlaşdırıldı