Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103341
az

Ukrayna və Kanada ikitərəfli təhlükəsizlik sazişi imzalayıb

20:0024 Fevral, 2024
97
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.

 

Oxu24.com  Bu barədə məlumat Ukrayna prezidentinin Telegram-kanalında dərc olunub.

 

“Kanadanın baş naziri Castin Trüdo ilə mən Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzaladıq”, - nəşr yazır.

Sənəddən belə çıxır ki, 2024-cü ildə Kanada Ukraynaya 3 milyard Kanada dollarından (2,22 milyard dollar) çox makromaliyyə və müdafiə yardımı ayıracaq.

Zelenski əlavə edib ki, saziş Ukraynanın dayanıqlığının gücləndirilməsinə mühüm töhfədir.

Fevralın 16-da Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski və Emmanuel Makron iki ölkə arasında zəmanətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Həmin gün Ukrayna və Almaniya da təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş imzalayıb.

Bundan əvvəl Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişini nə qədər müddətə imzaladığı məlum olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı