Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103252
az

Əl və ayaqlarınızda uyuşma hiss edirsinizsə, diqqətli olun -  Səbəbi bu ola bilər

00:2223 Fevral, 2024
805
TİBB
  • A

Vitaminlər sağlamlığımız üçün əvəzolunmazdır. İmmunitet sistemimizi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün vitaminlər həyatımızın çox əhəmiyyətli bir nöqtəsindədir.


Oxu24.com  E-saglam.az-a istinadən  xəbər verir ki, dəridə səpgilər, ağız ətrafında yara və çatlar, dodaqlarda qabıqlanma, halsızlıq, yorğunluq, əsəbilik, qarın ağrısı və ürəkbulanma, ishal və ya qəbizlik kimi bağırsaq problemləri, stress, əl və ayaqlarda uyuşma B vitamininin çatışmazlığından xəbər verir. 

B vitamini çatışmazlığını necə aşkar etmək olar?

Hematoloq Aliihsan Gemici beyin, sinir, ürək, mədə, bağırsaq və əzələ funksiyalarında mühüm rolu olan B vitamini çatışmazlığının səbəb olduğu əlamətlər və əskikliyinə görə yarana biləcək xəstəliklər haqqında məlumat verib. Gemici, B vitamininin beyin, sinir, ürək, mədə, bağırsaq və əzələ funksiyalarında əhəmiyyətli rol oynadığını vurğulayıb.

B vitamini çatışmazlığında bədəndə görülən simptomları sıralayan Gemicinin sözlərinə görə, dəridə qaşınma, ağız ətrafında yara və çatlar, dodaqlarda pullanma, halsızlıq, əsəbilik, qarın ağrısı və ürəkbulanma, ishal və ya qəbizlik kimi bağırsaq problemləri, əllərdə və ayaqlarda uyuşma, stress vitamin çatışmazlığından xəbər verir. 

B vitamini əskikliyi zamanı anadangəlmə anomaliyalar, nevroloji pozğunluqlar, ruhi sağlamlıq pozğunluqları (demans, depressiya), qan azlığı, hipertoniya, yuxusuzluq, ürək xəstəlikləri, iltihablı xəstəliklər və dəri xəstəlikləri meydana gələ bilər. 

Hansı qidalarda B vitamini var?

B12 vitamini daha çox ət və süd məhsullarında, yəni heyvan mənşəli qidalarda olur. B7 və B9 vitaminləri meyvə-tərəvəzdən alınır. Qaraciyər, toyuq və qırmızı ət B vitamininin təbii mənbəyidir. Qırmızı ət və toyuqda B vitamininin demək olar ki, bütün növləri var. Soya südü kimi soya məhsulları, tuna və skumbriya kimi balıqlar, lobya və noxud kimi lobya növləri də B vitamini ilə zəngindir.

B12-dən başqa digər B vitaminlərinin suda həll olduğunu və bədəndə yığılmadığını bildirən Gemici deyib ki, vitaminlər bədənin özünü yeniləməsi, böyüməsi, inkişafı və enerji istehsal etməsi üçün vacibdir. Bədən, B vitaminlərini qidalardan ehtiyacı olduğu qədər alır və artıqlığı bədəndən çıxarır. Bu səbəblə B vitamini ilə zəngin qidaların pəhrizə daxil edilməsi sağlamlıq üçün çox vacibdir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU