Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102991
az

Gürcüstan prezidenti Saakaşvilinin azadlığa buraxılmasına kömək göstərməyə çağırılıb

17:2818 Fevral, 2024
187
DÜNYA
  • A

Polşanın xarici işlər naziri Radoslav Sikorski Gürcüstan prezidenti Salome Zurabişvilini məhkum olunmuş eks-prezident Mixail Saakaşvilinin azad edilməsində iştirak etməyə çağırıb. Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə Münhen Təhlükəsizlik Konfransında bildirib.

 

Oxu24.com  xəbər  verir  ki, Sikorski və Zurabişvili konfrans panellərindən birində birlikdə iştirak ediblər.

 

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Polşa-Ukrayna münasibətləri ilə bağlı sualı cavablandırarkən, ilk olaraq Gürcüstan ətrafındakı vəziyyət haqqında danışmaq qərarına gəlib.

 

O, panel iştirakçılarına xatırladıb ki, müdafiə naziri vəzifəsində çalışarkən NATO ölkələrindən Gürcüstana səfər edən ilk nazir olub.

 

Sikorski özünü “Gürcüstanın dostu” adlandırıb və Zurabişviliyə müraciət edərək vurğulayıb ki, onun sələfi Saakaşvili daha əvvəl konfransda iştirak edib.

"Bizim bir çoxumuz üçün o, Gürcüstanın modernləşdirilməsinin simvoludur. Biz sizin qanunlarınızın aliliyinə hörmət edirik, eyni zamanda, onunla ədalətli rəftar edilməsinin son dərəcə vacib olduğuna inanırıq. Və bəlkə siz də onun işinə töhfə verə bilərsiniz.

 

Gürcüstana xeyir arzulayanlar bunu alqışlayacaqlar”, - deyə nazir qeyd edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lotereyada 33 milyon udmuşdu,infarkt    keçirib    öldü
Ərdoğan   Orbanla    görüşdü
Tramp Putini   dəvətsiz   qoydu

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda   ŞOK OLAY:İşlədiyi şirkətin soyuducularını satıb     pulu götürdü