Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə bağlı kortəbii aksiya keçirilib.
OXU24.COM bildirir ki, mitinq iştirakçıları Rusiya Prezidenti Vladimir Putin və təbliğatçı Marqarita Simonyanın ünvanına təhqirlər səsləndiriblər.
Qeyd edək ki, ötən gün Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR