Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi Enerqodar şəhəri Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb.
Oxu24.com xəbər verir ki, Bu barədə “Biz Rusiya ilə birlikdəyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov Telegram kanalında yazıb.
“AFU yaraqlıları dinc energetiklər şəhərciyini üç kamikadze dronla vurdular. Hücum nəticəsində şəhər administrasiyasının binasına ziyan dəyib. Allaha şükürlər olsun ki, itki yoxdur”, - Roqov yazıb.
Roqovun məlumatını Enerqodar meri Eduard Senovoz da təsdiqləyib.
“Hazırda şəhərin mərkəzində üç PUA hücumu həyata keçirilib. Zərərçəkənlər və dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir. Şəhər sakinlərindən ayıq və diqqətli olmalarını xahiş edirik!” – mer öz Telegram kanalında yazıb.
Enerqodar şəhəri Zaporojye vilayətində Dnepr çayının sol sahilində yerləşir. Onun ərazisində Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası tikilmişdir. O, mütəmadi olaraq atəşə tutulur, lakin hələ də heç bir təhlükəli radiasiya hadisəsi qeydə alınmayıb.
Fevralın 7-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye vilayətində təmas xəttində olub.
Daha əvvəl MAQATE rəhbərinin Moskvaya səfərinin nə vaxt baş tuta biləcəyi məlum olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR