Mərkəzi Osmanqazi rayonunun Panayır məhəlləsində, İstanbul küçəsində saat 21:00 radələrində baş verən qəzada Qətər və İndoneziyalı turistləri İstanbula aparan tur avtobusu yol kənarındakı beton işıqlandırma dirəyinə çırpılıb.
Sürüşən avtomobil təxminən 50 metr sürüşərək dayana bilib. Qəzada vasitədə olan 10 Qətərli və İndoneziyalı turist yaralanarkən, xəbər verdikdən sonra hadisə yerinə çox sayda polis və sağlamlıq qrupu sövq edilib.
Turistlərə hadisə yerində sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərilib və ətrafdakı xəstəxanalara sövq edilib. Qəza ilə bağlı araşdırmalar davam edir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR