Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102473
az

Finlandiya Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını bildirir

23:2708 Fevral, 2024
118
DÜNYA
  • A

Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransında çıxış edib.

 

Oxu24.com  xəbər  verir  ki, Rusiyadan “immiqrasiya”nın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün “ciddi təhdid” yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən “hibrid əməliyyatını” dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.

Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bəyan edib.

Nə olub?

Helsinkinin Moskvanın "hibrid əməliyyatı" olaraq xarakterizə etdiyi qaçqınlara görə iki ölkə arasında həftələrlə davam edən gərginlikdən sonra Finlandiya 28 noyabr 2023-cü ildə Rusiya ilə bütün sərhədini müvəqqəti olaraq bağladığını açıqlayıb.

Finlandiyanın Baş naziri Petteri Orpo, ölkənin 14 dekabr 2023-cü il tarixindən etibarən Rusiya ilə şərq sərhədindəki Vaalimaa və Niirala bölgələrində iki nəzarət-buraxılış məntəqəsini açacağını açıqlayıb.

Sərhəd məntəqələri dekabrın 15-də qısa müddətə açılsa da, Helsinki administrasiyası səlahiyyətlilərin çoxlu sayda immiqrantın ölkəyə daxil olduğunu bildirməsindən sonra həmin məntəqələrin yanvarın 14-də, yerli vaxtla saat 20:00-a qədər yenidən bağlanacağını açıqladı. 

Orpo yanvarın 11-də verdiyi açıqlamasında Rusiya ilə sərhədin bağlanması qərarının daha bir ay uzadılacağını qeyd edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı