Bolqarıstan Müdafiə Nazirliyinin rəhbəri Todor Taqarev bildirib ki, Sofiya əhəmiyyətli təzminat müqabilində Kiyevə əlavə silah ötürməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə BTV məlumat yayıb.
O, Bolqarıstan tərəfinin Ukraynanın ehtiyac duyduğu bir neçə yardım paketini təqdim etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Sofiyanın hazırda ötürülməsi üçün artıq hərbi texnikası yoxdur, lakin möhkəm kompensasiya əsasında lazımi texnika ilə təmin etmək imkanı var.
Nazir əlavə edib ki, Bolqarıstan bu vəsaiti öz ordusunu yenidən silahlandırmaq üçün istifadə edə bilər.
Taqarev həmçinin qeyd edib ki, Ukraynaya yardım Bolqarıstanın təhlükəsizliyinə sərmayədir.
Bundan əvvəl məlum olub ki, Bolqarıstan hökuməti Ukrayna taxılının Aİ-yə idxalına kvota və gömrük rüsumları tətbiq etməkdə israrlıdır.
Sofiya narahatdır ki, uzunmüddətli perspektivdə mövcud vəziyyət yerli istehsalın azalmasına və Bolqarıstanın ərzaq təhlükəsizliyinə zərbə vura bilər.
Baydenin müşaviri daha əvvəl ABŞ-ın Ukraynaya silah tədarükünü nə vaxt dayandıracağını bildirmişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR