Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102054
az

İraqda matəmdir

22:3203 Fevral, 2024
133
DÜNYA
  • A

İraqda 3 günlük matəm eln edilib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə  İraq Baş nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada  qeyd  edilib.

 

"Baş nazir Məhəmməd Şia əl-Sudani silahlı qüvvələrimizdə şəhid olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində 3 günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib",-deyə açıqlamada  qeyd   edilib.

 

Qeyd  edək  ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazanın hücumuna cavab olaraq İraq və Suriyadakı İran İnqilabı Keşikçiləri Korpusuna aid hədəflərə hava zərbələri endirib.


CENTCOM-dan verilən yazılı açıqlamada, Suriya və İraqda İran İnqilab Keşikçiləri Ordusu Qüds Gücü və ona bağlı milis qruplarına aid ən azı 85 hədəfin hava hücumları ilə vurulduğu bildirilib.

ABŞ-ın Tower 22 adlı bazasına edilən hücumda 3 Amerika əsgəri həlak olub, 40-dan çox əsgər yaralanıb.


 

Nigar​

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı