Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101511
az

Bakıda məktəbin tueltində tükürpədici hadisə: Video valideynlərin əlinə keçdi (18+)

22:1622 Yanvar, 2024
5396
18+
  • A

Oxu24.com xəbər  verir  ki, müraciət edən Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) bildirib ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.

Şikayətçinin sözlərinə görə, “Yanvar ayının 9-da övladım S. Əliyev ürək bulantısı, qusma və digər qəribə hərəkətləri ilə diqqətimizi çəkdi. Tualetə saatlarla getmək istəmir, aqressivdi, özünü ora bura çırpır. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdı bu durumdasan, səni kimi qorxudub? – deyə soruşdum.
Demək, hadisə tualetdə baş verdiyinə görə uşağın da qorxusu məhz tualetdən olub. Biz valideyinlər sabahı 6 nömrəli məktəbə yollandıq və orada azyaşlılara baxan tədris hissəsinin müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri zərərçəkən uşaq tanıdı. Sinifə girən kimi həmin uşaqları tanıdı ( o kadrlar bizdə var).
Uşaq göstərdi ki, “bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərkətlər edirdi və başqa birisi də telefonla çəkirdi”. Təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər var idi. O vaxt uşaqdan soruşanda deyirdi ora-bura vurmuşam. Sən demə uşağı qorxudublar ki, “bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. Mən bloqerəm, izləyicim çoxdur”.

 

 

 

Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş.

Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boynuna aldılar ki, “biz bu hərəkəti etmişik”. Sonra həmin uşaqlardan telefonu istədilər onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz”.
“Bu hadisəni məktəbin direktoru Gülşən xanıma çatdırıblar. Gülşən xanım da sabahı yenə hamını danışdırdı və məktəb Səbail rayon 9- cu polis bölməsinin əməkdaşlarına məlumat verdi. Emin adlı polis inspektoru ilk öncə mənim uşağımı danışdırdı, daha sonra həmin o 4 nəfər, 7- ci sinif şagirdlərini danışdırdı. Və orada aydınlaşdı ki, bu hadisə dəfələrlə təkrarlanıb. Daha sonra məni Polis orqanlarının yüksək rütbəliləri qəbul etdi və bu hadisəni olduğu kimi danışdıq. Uşağın hazırki durumunu da orada izah etdim.
Biz daha sonra uşağın durumunu müəyyənləşdirmək üçün övladımı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə aprdıq. Orada da həkimlər uşağın vəziyyətinin bərbad olduğunu dedilər və bununla bağlı arayış verdilər”.
Daha sonra saytımıza danışan valideyn bildirib ki, mən 7 ildən sonra 1 uşaq dünyaya gətirdim: “Ailəlikcə hamımız bu uşağın üstündə əsirdik ki, uşağı sağ – salamat böyüdək. İndi düşdüyümüz vəziyyətə baxın. Uşaq qəti şəkildə məktəbə getmək istəmir. Sağlamlıqla bağlı isə danışmağa dəyməz.
Daha sonra valideyn onu da qeyd etdi ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlara və ölkə rəhbərliyinə müraciət edib ki, həmin o 4 şagird o məktəbdən uzaqlaşdırılsın. Düzdü, məktəbin direktoru Gülşən xanım hadisəni biləndən sonra bizə söz vermişdi ki, həmin uşaqları məktəbdən uzaqlaşdıracaq, amma nədənsə bu günə qədər heç bir tədbir görülmür”.
Qeyd edək ki, ötən il də bu məktəbdə şagirdin bıçaqlanma hadisəsi və buna bənzər bəzi hadisələr baş vermişdi.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Tribunainfo.az )

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Azyaşlıya təcavüz edən şəxs həbs edilib
İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı

Yuxuda at görmək, nə anlama gəlir? - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Salyanda məktəbli intihar etdi