Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101002
az

İsrail kəşfiyyatı: HƏMAS Avropada terror aktları planlaşdır

19:1714 Yanvar, 2024
109
  • A

HƏMAS hərəkatının Avropada öz yaraqlı şəbəkəsi var və bu şəbəkəni qrupun Livandan olan yüksək rütbəli komandirləri əlaqələndirirlər.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkənin kəşfiyyat xidmətləri Mossad və Shabak ilə birgə bəyanatında bildirib.


“Davam edən kəşfiyyat səyləri nəticəsində HƏMAS terror təşkilatının dünyadakı günahsız insanları hədəfə almaq üçün xaricdə zorakılıq fəaliyyətini genişləndirməyə çalışdığını göstərən əhəmiyyətli miqdarda məlumat ortaya çıxıb”, - deyə bəyanatda qeyd olunub.

Kəşfiyyat orqanlarının məlumatına görə, HƏMAS Yaxın Şərq, Afrika və Avropada terror aktları planlaşdırırdı. Xüsusilə, 2023-cü ilin dekabrında Almaniya, Hollandiya və Danimarkada yəhudilərə qarşı hücumlar hazırlayan Həmas hücrələrinin yeddi üzvü saxlanılıb.

İsrail kəşfiyyat agentlikləri bildiriblər ki, yaraqlıların nəzərdə tutduğu hədəflərdən biri Stokholmdakı İsrail səfirliyi olub. Məqsədlərinə çatmaq üçün terrorçular pilotsuz təyyarələr alır, həmçinin Avropada mütəşəkkil cinayətkar qrupların üzvlərini cəlb edirdilər.

“Həmas İran rejiminin terror fəaliyyətlərindən ilham alır və həmçinin nəyin bahasına olursa olsun İsrail və Qərb hədəflərinə hücum etməyə çalışır”, - deyə bəyanatda bildirilir. Press-relizdə başqa təfərrüatlar verilməyib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı