Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100527
az

Ölkəmizdə olan multikulturalizm mühiti dünya ölkələri üçün nümunədir - İcma sədri

16:5705 Yanvar, 2024
181
CƏMİYYƏT
  • A

ABŞ dövlət katibi Antoni Blinken bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə bağlı "izləmə siyahısı"na daxil edildiyini açıqlayıb.

OXU24.COM  xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Alban-Udi dini icmasının sədri Robert Mobili bildirib ki, Azərbaycan tolerant ölkədir.

"Ölkəmizdə olan multikulturalizm mühiti dünya ölkələri üçün nümunədir. Azərbaycanda olan bu mühit əsrlərdir formalaşıb. Digər dini etiqad nümayəndələri mehriban formada yaşayır. Tolerantlıq məhz budur. Azərbaycan adı hər zaman bizi birləşdirən dəyərdir. Dünya ölkələri də görürlər ki, Azərbaycanda nə dini, nə milli ayrıseçkilik yoxdur. Bizdə xristian abidələri olsun, digərləri olsun, fərqi yoxdur, hamısı qorunur, bərpa olunur. Bu, Cənab Prezident İlham Əliyevin sayəsində mümkün olub", - deyə o, əlavə edib.

İcma sədri Antoni Blinkenin çıxışına da toxunub. O, bir neçə ay bundan qabaq nümayəndə heyətilə ABŞ Dövlət Departamentidə olduğunu qeyd edib.
 

"Bu məsələni biz qaldırmışdıq. Mən orda çıxış edərkən onları ölkəmizə dəvət etdim. Onlar ölkəmizdə də olub, həqiqəti öz gözləriilə görüblər. Bu məsələnin yenidən belə qabardılması Ermənistanın müharibədə uduzmasından sonra daha çox aktuallaşıb. Ermənilər istəyirlər ki, azad edilmiş torpaqlarımızda xristianlığa aid mədəni irsin sahibi kimi olsunlar. Bu yolla da gələcək nəsillərimiz üçün problem yaratmaq istəyirlər. Onların əsas məqsədi gələcəkdə revanşizm məsələsində qabartsınlar ki, azad edilən torpaqlarımızda xristianlığa və alban mədəni irsinə aid olan kilsələr, məbədlər bizimdir. Amerikada qalxan bu mövzunun arxasında orda olan erməni diasporası durur. Ermənilərin Azərbaycanla sülh müqaviləsi bağlamamışdan qabaq əsas məqsədi xristian abidələrini özününküləşdirməsidir", - deyə icma sədri vurğulayıb.

R. Mobili qeyd edib ki, hətta İkinci Qarabağ müharibəsinin ilk günlərində Arayik Arutyunyan bu müharibəyə dini don geyindirmək istəyirdi. Lakin bu baş tutmadı.

"Ermənilər tərəfindən işğal edilmiş ərazilərimizin də azad olunmasında Cənab Prezident İlham Əliyevin yaratdığı bu mühitin əvəzssiz rolu oldu. Həm torpaqlarımız azad elədik həm də mədəni-dini irsimizin də sahibi olduq.

Ermənipərəst ölkələrin marağı var ki sülh müqaviləsini bağlamaq onlardan asılı olsun. Bu gün Qafqaz Albaniyasının varisi Azərbaycandır. Alban dini icmasının varisləri isə udilərdir", - deyə o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lətif Cəfərov vəfat etdi
Azərbaycanda həkim vəfat etdi
Merkel Makron üçün darıxdığını ETİRAF ETDİ -Bu keyfiyyətlərini sevir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu