Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100305
az

Sudan atəşkəs üçün hazırlıqlara başlayır

20:5902 Yanvar, 2024
116
DÜNYA
  • A

Sudandakı Çevik Reaksiya Qüvvələri (RRF) dərhal atəşkəs üçün hazırlıqlara başlayıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə RİA Novosti agentliyi Əddis-Əbəbədə RRF və “Takaddum” vətəndaş demokratik qüvvələri arasında aparılan danışıqların yekunlarına dair bəyannaməyə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, bu danışıqlar Sudanın keçmiş baş naziri Abdallah Hamdok tərəfindən aparılıb.

 

Sənəddə deyilir ki, “Sürətli Reaksiya Qüvvələri Sudan silahlı qüvvələri ilə birbaşa danışıqlar yolu ilə ilkin şərt qoyulmadan hərbi əməliyyatların dərhal dayandırılması üçün hazırlıqlara başlayıb”.

 

Bəyannamədə həmçinin aydınlıq gətirilir ki, RRF bu tədbirləri milli, regional və beynəlxalq nəzarət altında tam atəşkəs haqqında sazişin həyata keçirilməsinə nail olmaq üçün edir.

 

Sudan Çevik Reaksiya Qüvvələri ərəb Cəncavid milislərindən yaradılmış yüngül mobil piyada birliyidir. 2023-cü ilin aprelində Sudanda nizami ordu ilə RRF arasında silahlı toqquşmalar başladı. Buna səbəb Suveren Şuranın rəhbəri Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daklu (Hamidti) arasında münaqişə olub.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi