Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97108
az

Bərdə şəhərinin raketlə vurulmasından üç il keçir - VİDEO

09:4628 Oktyabr, 2023
1009
QARABAĞ
  • A

OXU24.COM xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Ermənistan ordusu Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirib.

Nəticədə aralarında uşaq və qadınlar da olmaqla 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.

26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı