Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
238
az

“Xalqın vəkili olduğunuzu sübut edin” - Elyar İslam yazır

10:2404 Aprel, 2018
2777
QARABAĞ
  • A
 
Dünən aprel döyüşləri ilə bağlı Beynəlxalq Muğam Mərkəzində tədbir idi. Tədbir başlamamışdan diqqətimi bir məqam çəkdi. Gənc, hündürboylu, əsgər gödəkçəsi geyinmiş bir xanım şəhid ailələrinin əyləşdiyi sıralara yaxınlaşaraq şəhid anaları, ataları, həyat yoldaşları, uşaqları və yaxınları ilə görüşürdü. Biz yuxarı sıralarda olduğumuzdan və zalda yüzdən artıq şəhid ailəsi olduğundan həmin xanımın bizim yaxınlığımıza çatması 10-15 dəqiqə çəkdi. Yaxınlaşanda həmin xanımın millət vəkili Qənirə Paşayeva olduğunu gördüm. Hər bir şəhid yaxını ilə təkbətək  görüşür, uşaqları qucaqlayır, anaların alnından öpür, şəhid xanımlarının saçlarını sığallayıb əzizləyir, övladlarını soruşub, dərslərini necə oxuduqları ilə maraqlanırdı. Təəccüb içindəydim, çünki ilk dəfə idi xalqın içində, şəhid ailələrinin qeydinə qalan millət vəkili ilə üz-üzəydim. Bizimlə görüşəndən sonra arxa sıraya keçdi. Az sonra himnimiz səsləndi. Məndən arxa sırada hündür və məğrur səslə himn oxuyan xanım səsi eşidildi. Arxaya baxdım, yenə də Qənirə xanım. Şəhid analarını qucaqlayıb himn oxuyurdu. Tədbir başlayandan biraz sonra şəhid analarından birinin halı pisləşdi. Qənirə xanım tez onun yanına getdi, qucaqladı, zaldan çıxarılmasına kömək etdi, ilkin tibbi yardım göstərilməsi üçün əlindən gələni etdi. Şəhid anası xəstəxanaya yerləşdiriləndən sonra zala qayıtdı və çıxışında şəhid analarını baş tacı adlandırdı. Şəhid xanımlarına və övladlarına hər kəsin hər zaman diqqət və qayğı göstərməli olduğunu vurğuladı, televiziyalara, rejissorlara, yazarlara, jurnalistlərə səslənərək şəhidlərin, qazilərin, döyüşçülərin hər birinin haqqında film çəkilməsini, kitablar xatirə yazıları yazılmasının vacibliyini vurğuladı. Tədbirdən sonra hər bir şəhid ailəsi ilə xatirə şəkli çəkdirdi, şəhid ailələri ilə birlikdə çay süfrəsində oturdu. Hər bir ailənin problemi ilə maraqlandı, şikayətləri qeyd etdi. Həmin zaman diqqətimi bir nüans da çəkdi. Qənirə xanım həmin şəhid analarını, şəhid həyat yoldaşlarını adbaad tanıyırdı. Hər kəsə öz adıyla müraciət edir, uşaqların təhsilini soruşur, nəyə ehtiyacları olmalarıyla maraqlanırdı. Bizimlə də xatirə şəkli çəkdirdi. Şəhid Qabil Orucəliyevin anasını bərk-bərk qucaqladı, öpdü, onunla bərabər kövrəlib ağladı. Təskinlik verdi...Qənirə xanım o tədbirdə şəhid ailələrinin ürəklərini fəth etdi, hər kəsin sevgisini qazandı.
Belə bir millət vəkilimizin olmasıyla qürur duydum...
Bəzi millət vəkilləri bütün günü şikayətlənib deyirlər ki, bizi söyürlər, hörmət etmirlər. Səbəbsiz yerə söyməzlər...
Qənirə xanım kimi olun, xalqın içinə girin, şəhid ailəsinin, qazinin yanında olun, problemləri, şikayətləri ilə maraqlanın. İnsanları qıcıqlandıracaq, əsəbləşdirəcək açıqlamalar verməyin, xalqın xeyrinə qərarlar verərək xalqın vəkili olduğunuzu sübut edin... O zaman xalq Qənirə xanımı sevdiyi, hörmət etdiyi kimi sizi də sevər, hörmət edər. Necə deyərlər, xalqa sevgi verin ki, qarşılığında da sevgi ala biləsiniz...
 Hər kəs əkdiyini biçər...

Elyar İslam
Oxu24.com Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Erməni əsgər çavuşa atəş açdı: Bir neçə saatdan sonra… – Qarabağda
Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ
Atasının məzarına çiçək qoyan şəhid övladı - Qabilsiz 2 il

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi