Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2114
01.08.2023, 19:53
Bir gün əvvəl Hindistan xüsusi təyinatlılarının daha bir qrupu təhlükəli cinayətkar Saçin Bişnoyu ekstradisiya etmək üçün Bakıya gəlib.
Oxu24.com xəbər verir ki, Bişnoy Bakıya saxta pasportla 2022-ci ilin aprelində Musa Valin öldürülməsindən bir neçə gün əvvəl gəlib.
Avqust ayında o, Hindistanda hüquq-mühafizə orqanlarının tələbi ilə həbs edilib.
Ekstradisiya ilə bağlı hüquqi prosedurlar ötən həftə başa çatıb və əvvəllər də xəbər verdiyimiz kimi, şəxsin Hindistan hakimiyyətinə təhvil verilməsi üçün Dehlidən ilk xüsusi qrup Bakıya göndərilib.
Hindistan KİV-i iyulun 30-da axşam saatlarında xüsusi təyinatlı polisin ikinci dəstəsinin Azərbaycana gəldiyi barədə məlumat yayıb. Onlar komissar köməkçisi və iki əks-kəşfiyyat əməkdaşı da daxil olmaqla, dörd Hindistan polisindən ibarət olub. Ekstradisiya əməliyyatı birbaşa Dehli polisinin nəzarəti altında olub.
Mənbələr bildirib ki, Bişnoi İndira Qandi Beynəlxalq Hava Limanına çatdıqdan sonra səlahiyyətlilərə təhvil verilib.
Saçin Bişnoyun ən ağır cinayəti Pəncab əyalətindən olan siyasi fəal və repçi Musa Valanın öldürülməsidir. Musiqiçi 2022-ci il mayın 29-da, yəni hakimiyyətin onun müdafiəsi ilə bağlı tədbirləri məhdudlaşdırmasından bir gün sonra güllələnib. 29 yaşlı reper Pəncab əyalətindəki evindən qayıdarkən onun cipi 10-12 nəfərlik silahlı qrup tərəfindən pusquya salınıb. Quldurlar fəalın avtomobilinə atəş açıblar. Mus Wala və iki dostu çoxsaylı güllə yaraları alıblar. Reper yerindəcə dünyasını dəyişib.
Bir gün sonra isə Kanadada yaşadığı bildirilən hind mafiya başçısı Qoldi Brar qətlə görə məsuliyyəti öz üzərinə götürüb. Hindistanın xüsusi xidmət orqanları qətlin digər mafiya lideri, hazırda həbsdə olan Lourens Bişnoy tərəfindən sifariş edildiyini bildirir.
Saçin Bişnoy Lourens Bişnoyun qohumudur. Musa Valı öldürməli olan qatilləri silahla təmin etdikdən və onlara göstəriş verdikdən sonra Tilak Rac Tuteji adına verilmiş pasportla Dehlidən Dubaya uçub. Oradan 2022-ci il mayın 31-də Bakıya gəlib. Daha sonra Bişnoy Facebook səhifəsində cinayətə görə məsuliyyəti üzərinə götürərək müğənninin qisas məqsədilə öldürüldüyünü bildirib.
Qeyd edək ki, Qoldi Brar və Lourens Bişnoyun dəstəsinin liderlərindən olan Rohit Qodara hələ də azadlıqdadır. Keçən il o da Azərbaycana gəlib və buradan Hindistanda sui-qəsdlər sifariş edib. Quldur daha sonra Dubaya qaçıb.
Müəllif: Miri Məcidli
13:04 / 29 Sentyabr 2026
11
12:52 / 29 Sentyabr 2026
34
12:48 / 29 Sentyabr 2026
65
12:42 / 29 Sentyabr 2026
48
12:35 / 29 Sentyabr 2026
43
12:29 / 29 Sentyabr 2026
48
12:23 / 29 Sentyabr 2026
48
12:17 / 29 Sentyabr 2026
111
12:14 / 29 Sentyabr 2026
290
12:10 / 29 Sentyabr 2026
65
12:08 / 29 Sentyabr 2026
103
12:05 / 29 Sentyabr 2026
47
11:55 / 29 Sentyabr 2026
47
11:53 / 29 Sentyabr 2026
49
11:41 / 29 Sentyabr 2026
449
11:35 / 29 Sentyabr 2026
57
11:35 / 29 Sentyabr 2026
50
11:33 / 29 Sentyabr 2026
73
11:29 / 29 Sentyabr 2026
72
11:25 / 29 Sentyabr 2026
55
11:13 / 29 Sentyabr 2026
51
11:04 / 29 Sentyabr 2026
59
10:53 / 29 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.