Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
1024
20.07.2023, 17:18
Rusiyadan qurtulmaq, heç olmasa, bu təsiri minimuma endirmək Ermənistan hökumətinin əsas prioritetlərindən birinə çevrilib. Son vaxtlar hakimiyyət bu istiqamətdə aktiv fəaliyyət aparır. Ermənistan rəsmiləri bir-birinin ardınca Qərb ölkələrinə səfərlər edir, Kremlin təsirini azaltmaq yollarını arayırlar.
Erməni mətbuatı yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsseldə Qərb məmurları və NATO nümayəndələri ilə görüşlərində bu və digər məsələlər diqqət mərkəzində olub. Görüşlərin təfərrüatlarına əsasən, Qriqoryan açıq şəkildə bəyan edib ki, ölkəsinin prioriteti Rusiyadan asılılığı minimuma endirməkdir.
Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi yaxınlığı ilə seçilən bu şəxs baş nazirin mesajlarını Qərbdəki tərəfdaşlarına çatdırıb. TŞ rəhbərinin əsas mesajı bundan ibarət olub ki, rəsmi İrəvan NATO ölkələri ilə yaxınlaşmaq xətti götürüb və ilk “uğuru” da var. Fransa parlamentinin spikeri Jerar Larşe rəsmi Paris qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbini qoyub.
Özü də Ermənistan Moskvadan tək müdafiə sahəsində “uzaqlaşmaq” fikrində deyil. Ermənistan Təhlükəsizlik Şurasının katibi açıq ifadə etməsə də, söhbətin Metsamor AES-dən getdiyi bildirilir. Bu stansiyanın məhz Rusiya ilə əməkdaşlıq səbəbindən fəaliyyətini davam etdirdiyi faktdır. Lakin indi bəlli olur ki, Ermənistan hakimiyyətinin stansiyanı Qərbdəki ağaları ilə dostluq naminə “qurban verməyə” hazırlaşır. Beləliklə də, ermənilər atom energetikası sahəsində Rusiya ilə tərəfdaşlığı Birləşmiş Ştatlarla əvəzləməyi planlaşdırırlar.
Çox güman ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın ABŞ Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini Kristofer Qredi və Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Çarlz Braun ilə görüşündə də Rusiya məsələsi diqqət mərkəzində olub. Erməni mediası sadəcə yazıb ki, danışıqlarda əməkdaşlıq məsələləri müzakirə edilib. Ermənistan-Amerika müdafiə tərəfdaşlığının hazırkı mərhələsi ilə bağlı da bir sıra məsələlər müzakirə edilib. E.Asryan Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə də qısa söhbət edib.
Həmçinin oxuyun
Ermənistanla Rusiya münasibətlərinin gərginləşəcəyini sürətləndirən digər bir məqam İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyətidir. Erməni mediasında yer alan xəbərlərdə xüsusi vurğulanır ki, bu sənəd artıq qəbul olunub və yenidən baxılması mümkün deyil. Halbuki, Moskva İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab etdiyini dəfələrlə bəyan edib.
İrəvanın Moskvanın asılılığından azad olmasında, sözsüz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsi də var. Ermənistan hakimiyyəti dəfələrlə ən yüksək səviyyədə təşkilatdan çıxmaq məsələsini qabardıb və bu qurumda üzvlüyü mənasız sayıb. Elə A.Qriqoryanın da Qərbdəki təmaslarında Ermənistanın bu təşkilatdan çıxmasına toxunub. A.Qriqoryan Ermənistanın Qərbdəki tərəfdaşlarını indiki mərhələdə bu dönüşü lazımi səviyyədə qiymətləndirməməkdə qınayıb. Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması mümkünsüz görünsə də, Ermənistan hakimiyyət orqanları məqsədyönlü şəkildə buna doğru gedirlər. Məsələn, İrəvan artıq Hindistandan 250 milyon dollarlıq silah sifariş etməsi bu qənaəti möhkəmləndirir. Ermənistan üçün əsas prioritetlərdən biri Rusiya silahından imtina etməkdir. 44 günlük İkinci Qarabağ müharibəsində bu silahların necə yarıtmaz olduğunu ermənilər çox yaxşı xatırlayırlar.
Ermənistanın Rusiyanın forpostluğundan qurtulmasının digər məqamı ərazi məsələsidir. Söhbət Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli razılaşmadan gedir. Həmin razılaşmada Naxçıvana dəhlizin verilməsindən bəhs edilir. Ermənilər iddia edirlər ki, Rusiya ilə imzalanan üçtərəfli razılaşmaya uyğun olaraq bu dəhliz Rusiya sərhədçilərinin nəzarəti altında olacaq. Bu isə Ermənistanı qane etmir. Hesab edir ki, bununla da Ermənistanın Rusiyadan asılılığı daha da artmış olacaq.
Beləliklə, bu qənaətə gəlmək olar ki, Rusiyadan qurtulmaq Ermənistanın prioritetinə çevrilir və gec-tez bu arzusunu reallaşdırmağa çalışacaq. Nikol Paşinyan özü bu barədə konkret nəsə söyləməsə də, hökumət üzvlərinə, nəzarətində olan media və digər resurslara bu istiqamətdə aktiv fəaliyyət göstərməyi tapşıracaq.
17:25 / 20 May 2025
Fransa Durova qadağa qoyub
4
17:21 / 20 May 2025
İlk olaraq hansı qab dolacaq?
1
17:10 / 20 May 2025
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib
16
17:06 / 20 May 2025
İsraildən HƏMAS-a ağır zərbə
13
17:03 / 20 May 2025
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıb
12
17:01 / 20 May 2025
Bu halda şəxs məsuliyyətə cəlb olunmayacaq
16
16:50 / 20 May 2025
Rusiya ordusu hücuma məruz qaldı
16
16:47 / 20 May 2025
Almaniya Maliyyə Nazirliyi ABŞ tariflərinin təsirindən danışır
15
16:35 / 20 May 2025
Azərbaycanda tükürpədici hadisə: 16 yaşlı qızı öldürüb Kürə atdılar
201
16:32 / 20 May 2025
Bəxtiyar Vahabzadənin ev muzeyini ziyarət etdilər
26
16:12 / 20 May 2025
“Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO
394
16:07 / 20 May 2025
Bakıda 13 yaşlı qız itkin düşüb
32
16:03 / 20 May 2025
Müəssisəyə idman ayaqqabısının içində mobil telefon keçirilməsinin qarşısı alınıb
34
15:50 / 20 May 2025
Qulaq tutulması zamanı bunları edin,açılacaq
39
15:39 / 20 May 2025
Doğum günündə maşın vurub öldürmüşdü - Dostu həbs edildi
47
15:33 / 20 May 2025
Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
31
15:18 / 20 May 2025
Bu tarixdə iş olmayacaq
429
15:06 / 20 May 2025
Yeni təyinat baş tutub — FOTO
64
15:05 / 20 May 2025
Bu ölkədə telefonlar işləmədi
35
15:03 / 20 May 2025
Bakıda şok! Qulağı qopub yerə düşdü - FOTO
167
15:00 / 20 May 2025
Fələstinlilər aclıqdan xilas edilir
44
14:56 / 20 May 2025
Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?
42
14:49 / 20 May 2025
Küləklə bağlı - Xəbərdarlıq
48
14:35 / 20 May 2025
Prezident İlham Əliyev bu ölkəyə səfərə getdi — FOTOLAR
320
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.