Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
1608
09.06.2023, 10:37
Rejissor, produsser olsa da, biz onu daha çox yeni ulduzun münsifi kimi tanıyırdıq. Hər zaman gənclərə dəstək olan, istedadı olanı qabağa çəkməyə çalışan biri idi o.
Biri var idi, Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev.
Oktay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvanda ziyalı ailədə dünyaya gəlib. Atası xalq artisti Vidadi Əliyev, anası xalq artisti Elmira İsmayılovadır. Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, tanınmış teleaparıcı Elçin Əlibəylinin qardaşıdır.
Həmçinin oxuyun
1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda "kino və dram rejissoru" sahəsi üzrə təhsil alan Oktay Əliyev 1992-ci ildə ordan məzun olub.
Oktay Əliyevin həyat yoldaşı Dilarə Əliyeva müsahibələrinin birində mərhum əri barədə deyir: Universitetdə oxuyurdum. Oqtay mənim gözümə çox güclü biri kimi göründü, düşündüm ki, bu adama sözün əsl mənasında arxalanmaq olar. Universitetdə əksəriyyəti bir problem olan kimi onun üstünə qaçırdı. Nəsə lazım olurdu o, təşkil edirdi. O vaxtlar prodüser idi. Oqtayı kim görürdü başına yığışırdı. Sonra Oqtay diplom tamaşası hazırladı və məni də orada oynamağa dəvət etdi. Mən də Sumqayıtda yaşayırdım. Bir neçə dəfə təklif etdi, amma yol uzaqlığına və havanın qaranlıq olmasına görə qəbul etmədim. Sonda özü yaxınlaşıb 1 aya tamaşanı hazırlayacağını və məni çox məşğul etməyəcəyini bildirdi. Qəbul etdim, amma mən son günə qədər anlamadım ki, Oqtayın mənlə bağlı planları var. Özü də elə ilk dəfədə dedi ki, “mamamgil sizi görüb, xoşu gəlib”. Mən birinci yox dedim. Zaman keçdi və onu sevdiyimi anladım. Baxırdım ki, Oqtay bacarıqlıdır, güclüdür. Sənət baxımından da mən bu sənəti çox sevirəm və inanıram ki, hər zaman mənim yanımda olacaq”.
Dilarə Əliyeva aparıcısı olduğu "söz-baz" verlişində də bu mövzuya toxunub, zarafatyana demişdi: "Etiraf edim, hər gün Sumqayıtda 12-ci mikrorayonun dairəsinə, oradan Sumqayıt, Corat, Saray sonra isə Bakıya gəlirdim. O yolu gedib-gəlməyə nifrət edirdim. Onun dərdindən 18 yaşında ərə getdim. Atası xalq artisti, anası xalq artisti, yəni sırf incəsənət ailəsi. Mən də incəsənət xəstəsi. Yox deyə bilməzdim”.
Onu da vurğulayaq ki, Oktay və Dilarə Əliyeva cütünün Aytən və Banu adında iki övladı var.
Omtay Əliyev eyni zamanda 1998-ci ildə qurduğu "SOY" production şirkətinin təsisçisi və prezidentidir. İncəsənət yoldaşları, ailəsi də dəfələrlə vurğulayıb ki, O.Əliyev həm öz productionunda həm də münsifi olduğu verlişlərdə hər zaman gənclərə dəsdək olmağa çalışıb. O özü də verdiyi müsahibələrdə hər zaman bacarıq, istedad deyil də başqa nəyinsə hesabına sənətə gələnləri yıxıb sürüyüb. Verdiyi açıqlamaların birində deyir: "Hər kəs öz tanışını, dostunu, yaxın ətrafını başına yığıb, güya ki film çəkir. Heç nədən başı çıxmayan bir rejissor başlayır ki, gəlin bir film çəkək. Biri ssenari yazır, o birisi deyir qonşumuzda bomba bir qız var, gətirim onu baş rola çəkək. O birisi dostunu, biri sevgilisini başına yığıb, guya sənət əsəri yaradır. Heç maraqlanan olmur ki, filmimə çəkdiyim bu adam laldır, pəltəkdir?!" Oktay Əliyev "Eurovision 2010" təmsilçimiz Səfurə Əlizadəyə görə yarışmanın qaydalarını pozduğunu özü etiraf edib. "İştirakçılara görə münsiflər arasında tez-tez mübahisələr düşürdü. Səfurə Əlizadə və Eldar Qasımova görə aramızda çox böyük mübahisələrimiz olub. Eldar seçim turundan belə keçmədi, çünki çox uşaq idi. Səsinin keçid vaxtı olduğundan münsiflər razı olmadı. Daha zaman keçib, deyə bilərəm. Səfurə Əlizadəni və "Eurovision" təmsilçimiz Səmirə Əfəndini yaşı tamam olmamış keçirmişik. 16 yaş kimi təqdim etmişik. Bu, bizim ən böyük cinayətimiz oldu. İnandırım sizi, həmin vaxt söhbət yayılsaydı, müsabiqə bir kənarda qalacaqdı..." Deyə Oktay Əliyev vurğulayıb Yenidən keçmişə dönsək Oktay Əliyevin uşaqlıq illərində daha hir maraqlı faktla rastlaşa bilərik. O uşaq vaxtı İrəvanda Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın qonşusu olub. Oktay Əliyev o illərlə bağlı xatirələrini belə bölüşür: "İrəvanda Qarabazarın arxasında həyət evində yaşayırdıq. Bizdən 3-4 ev aşağıda Nikol Paşinyanın əmisigili yaşayırdı. Yay ayında şəhər uşaqları rayona gedirdi, rayon uşaqları şəhərə gəlirdi. Onun da anası ölmüşdü, atası da ikinci qadın almışdı. Bu da bir az problemi uşaq idi. Dəli deyildi, amma uşaqlar var ki, nəsə istəyir, almayanda özünü yerə-göyə vurur, ağlayır. Mənim qardaşımla eyni yaşda idi, hərdən birlikdə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı. Demişdi ki, ver sürüm, qardaşım da velosipedini vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi (gülür). Uşaq vaxtında cığal bir uşaq idi”. O özü də vurğulayıb ki, uşaq vaxtı velosiped sürməyi, futbol oynamağı çox sevib.
13:25 / 21 May 2025
Prezident Budapeştdə tədbirdə iştirak edir
2
13:10 / 21 May 2025
Alman nazirdən Tramp-Putin danışıqlarına reaksiya
7
13:06 / 21 May 2025
Bakıda şok hadisə: Qadın kişiyə görün nə etdi - VİDEO
65
12:59 / 21 May 2025
Bu şirkətlər müflis ola bilər
12
12:55 / 21 May 2025
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalardan danışıb
13
12:42 / 21 May 2025
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
358
12:40 / 21 May 2025
Tramp Ukraynaya xəyanət etdi - The New York Times
16
12:35 / 21 May 2025
Fidan İstanbulun Rusiya və Ukraynanı sülhə aparacağına inanır
15
12:30 / 21 May 2025
Putin rusların birliyini elan etdi
16
12:19 / 21 May 2025
Baş nazir qərar imzaladı
227
12:15 / 21 May 2025
Putinin gəlişindən sonra Ukrayna Silahlı Qüvvələri Kurska hücum edib
26
12:08 / 21 May 2025
Çin Rusiyanın tərəfinə keçdi
23
12:04 / 21 May 2025
Yandırsın, amma şəfa versin -Gicitkənin İNANILMAZ FAYDALARI
23
12:02 / 21 May 2025
Həbsdəki şəxslərin 97%-i kişilərdir
27
11:35 / 21 May 2025
Ötən il işləyən qadınların sayı artıb
29
11:22 / 21 May 2025
İllər sonra QATAR QAYIDIR - ŞAD XƏBƏR
43
11:20 / 21 May 2025
Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
35
11:20 / 21 May 2025
Qatilin edamında kimlər iştirak edib?
39
11:10 / 21 May 2025
Ali Məhkəmə qərar qəbul etdi
56
11:08 / 21 May 2025
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
39
11:00 / 21 May 2025
Bakıda 44 yaşlı qadın qaçırıldı - Video
178
10:34 / 21 May 2025
Elgün anasına hara getdiyini yazıbmış - Mesajlar yayıldı +VİDEO
1231
10:29 / 21 May 2025
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub
63
10:28 / 21 May 2025
Azərbaycanda bu valyuta BAHALAŞDI
41
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.