Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1478
05.06.2023, 22:28
Gürcüstanda “Kadırovçular” korteji mayın 22-dən iyunun 3-dək yol hərəkəti qaydalarını pozduğuna görə 40 cərimə alıb.
Oxu24.com xəbər verir ki,bu barədə “News of Georgia” məlumat yayıb.
Qeyd olunur ki, bir avtomobilə görə yol hərəkəti qaydalarının pozulmasına görə 13 video cərimə qeydə alınıb.
Beş avtomobilə görə cərimələrin ümumi məbləği 7450 lari (3 min dollara qədər) təşkil edir. Beş avtomobilin nömrələri - A777AC77, C777CE77, A777AK77, O777OC77, B800EC797 nişanları ilə olub.
Onların əksəriyyəti sürət həddini aşdıqları üçün cərimələniblər.
Sənədlərə əsasən, pozuntuların baş verdiyi tarixə əsasən, avtomobillər mayın 22-dən iyunun 3-dək Gürcüstanda olub.
Hazırda Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti kimin kortejinin Gürcüstanda olması və bu avtomobillərdə kimin getməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.
Cərimənin ödənilib-ödənilməməsi barədə hələlik heç bir məlumat yoxdur.
İyunun 5-də səhər saatlarında Gürcüstan mətbuatında Rusiya dövlət nömrə nişanlı avtomobil kortejinin Nataxtari kəndi yaxınlığındakı magistral yolunda diqqət çəkdiyi videogörüntülər yayılıb. Daha sonra eyni avtomobillərin fotosu Batumidən yayımlandı,
Sosial şəbəkələrdə “kadırovçuların” Gürcüstana səfərindən danışırlar. Xüsusilə də eyni nömrəli avtomobili iş adamı Aslambek Axmetxanovun İnstaqram səhifəsində görmək olar.
Tərcümə: Miri Məcidli
13:45 / 30 Sentyabr 2026
8
13:41 / 30 Sentyabr 2026
7
13:31 / 30 Sentyabr 2026
184
13:19 / 30 Sentyabr 2026
48
13:18 / 30 Sentyabr 2026
47
13:16 / 30 Sentyabr 2026
56
13:10 / 30 Sentyabr 2026
44
12:58 / 30 Sentyabr 2026
43
12:48 / 30 Sentyabr 2026
49
12:39 / 30 Sentyabr 2026
90
12:33 / 30 Sentyabr 2026
48
12:24 / 30 Sentyabr 2026
58
12:20 / 30 Sentyabr 2026
56
12:17 / 30 Sentyabr 2026
58
12:13 / 30 Sentyabr 2026
73
12:10 / 30 Sentyabr 2026
68
12:09 / 30 Sentyabr 2026
57
12:05 / 30 Sentyabr 2026
59
11:49 / 30 Sentyabr 2026
121
11:47 / 30 Sentyabr 2026
64
11:38 / 30 Sentyabr 2026
53
11:37 / 30 Sentyabr 2026
126
11:36 / 30 Sentyabr 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.