Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Əliyevi qucaqladı,Paşinyan arxadan boylandı  —  And içmədən maraqlı VİDEO

Ərdoğan Əliyevi qucaqladı,Paşinyan arxadan boylandı  —  And içmədən maraqlı VİDEO

ÖZƏL BÖLÜM

1514

03.06.2023, 21:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin başlanması mərasimində iştirak etmək üçün Ankarada işgüzar səfərdə olublar.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir  ki, Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanımı Türkiyə rəsmiləri qarşılayıblar.

 

Andiçmə mərasimində maraqlı anlar yaşanıb. Zala daxil olan Türkiyə Prezidenti R.T.Ərdoğan mərasimdə iştirak edən Dövlət başçıları ilə sıra ilə əl uzadaraq görüşüb.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı onu qucaqlayıb və salamlaşıb.Qeyd olunan mənzərə zalda alqışlarla qarşılanıb.

Diqqət çəkən məqamlardan biri də R.T.Ərdoğanın əyləşdiyi masanın Azərbaycan lideri İlham Əliyevlə yanaşı olması idi. Bununla da Azərbaycan və Türkiyə Dövlətərinin hər zaman bir-birlərinin yanında olduğu simvolizə edilmişdi.

Daha bir maraqlı məqamsa Ermənistan baş naziri Nikol Paşinyanın protokol əsasında Azərbaycan Prezidenti İlham Əliyevin arxasında dayanması olub.Prezidentlərin görüşü zamanı Paşinyanın arxadan əlini Ərdoğana uzatması diqqət çəkən məqamlardan idi.

Sözügedən videonu təqdim edirik:

 

 

 

Hazırladı: Miri Məcidli