Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1240
03.06.2023, 15:28
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu işdə verilən nöqsanlar zamanı verilən cəzaların növü ilə bağlıdır.
Əmək Məcəlləsində Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları öz əksini tapıb.
Məcəllənin 186-cı maddəsinə görə, Əmək və icra intizamının pozulmasına görə İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
-İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
Hazırladı: Miri Məcidli
15:35 / 30 Sentyabr 2026
1
15:31 / 30 Sentyabr 2026
12
15:19 / 30 Sentyabr 2026
43
15:08 / 30 Sentyabr 2026
49
15:01 / 30 Sentyabr 2026
42
14:49 / 30 Sentyabr 2026
50
14:36 / 30 Sentyabr 2026
55
14:24 / 30 Sentyabr 2026
69
14:22 / 30 Sentyabr 2026
247
14:11 / 30 Sentyabr 2026
57
14:02 / 30 Sentyabr 2026
289
13:57 / 30 Sentyabr 2026
67
13:50 / 30 Sentyabr 2026
64
13:45 / 30 Sentyabr 2026
81
13:41 / 30 Sentyabr 2026
64
13:31 / 30 Sentyabr 2026
1214
13:19 / 30 Sentyabr 2026
65
13:18 / 30 Sentyabr 2026
63
13:16 / 30 Sentyabr 2026
130
13:10 / 30 Sentyabr 2026
59
12:58 / 30 Sentyabr 2026
63
12:48 / 30 Sentyabr 2026
63
12:39 / 30 Sentyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.