Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
1486
22.05.2023, 10:25
Ramil Adəm oğlu Yusif-zadə 1998-ci ilin 22 may tarixində Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakının Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəmov adına 3 sayılı gimnaziyanı gimnaziyanı bitirərən Ramin həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə daxil olub.
2019-cu ildə ali məktəbi bitirən bitirən Ramin Yusif-zadə Qazax rayonuna həqiqi hərbi xidmətə yollanıb. Müharibə başlayanda o, cəbhənin Füzuli istiqamətinə göndərilir. Şəhidimizin qısa ömür yolu haqqında daha ətraflı ailə üzvləri danışıb.
Ramilin atası Adəm Yusif-zadə: “Ramili çox əzab-əziyyətlə böyütmüşdük. Nadinc, qorxu bilməz uşaq idi, peşəkar futbolçu, gözəl rəqqas olub. Böyüyəndən sonra mehriban, qayğıkeş, zəhmətkeş insan olub. Onun necə övlad olduğunu desəm, bəlkə də inanmarsınız.
Ramil həqiqi hərbi xidməti Qazax rayonunda keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman oktyabrın 11-də onları Füzuli rayonuna aparıblar. Füzuli istiqamətində gedən döyüşlərdə Ramil şücaətlər göstərib.
Son danışığımız oktyabrın 12-si olub. Mənə “Ata, narahat olma, Füzulidəyik, döyüşlər gedir. Elə yerdəyik ki, işıq yoxdur, telefonum sönəcək” dedi. Mənə son sözü “Ata, haqqını halal elə, anama bunları demə” oldu.Oktyabrın 15-i oğlumu yuxuda gördüm, məndən kömək istəyirdi. “Ata, məni gəl buradan çıxart” dedi. Mən artıq oğlumu itirdiyimi anlamışdım. Ramildən danışacaq sözlərim çoxdur, amma, danışa bilmirəm” (ata qəhərlənərək sözünü kəsir).
Ramil ailəsinə hər zaman kömək olub. Xidmətə gedənə qədər 5 müəsissədə işləyib.
Tabor komandirinin müavini Asim Quliyev: “Xidməti müddətində Ramildən hər zaman razı olmuşam. Nizamlı, hörmətli əsgər olub. Təlimlərdə yaxşı cəhətdən hər zaman digərlərindən fərqlənirdi. Onun fərqlənməyinin başlıca səbəbi ailəsinin verdiyi tərbiyədən asılı idi.
Döyüş sahəsinə daxil olub, düşmən müdafiəsini yardıqdan sonra Ramil yaralandı. Buna baxmayaraq, döyüşməkdə davam edirdi. 2-ci dəfə Ramil ayağından ağır yaralandı. İlkin tibbi yardım göstərdik, amma Ramil yenə irəli getmək, döyüşə davam etmək istəyirdi. Bir müddət sonra düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində Ramil qəhrəmancasına şəhid oldu.
Birgə vuruşduğumuz döyüşdə sadəcə 6 əsgər sağ qaldı”.
Söhbətimizə Ramilin anası Reyhan Yusif-zadə ilə davam edirik: “Ramilin Vətənə sevgisi uşaqlıqdan formalaşmışdı. Onun qəhrəmanlığından nə qədər danışsaq, yetməz. Oğlum hər şeyin yerini bilirdi. Heç vaxt Ramilə nə isə olacağını düşünmürdüm, qəlbim məni yanıltdı...Bir neçə gün bundan qabaq mən Qazaxa getdim. Oğlumun sonuncu dəfə yatdığı yeri görmək istədim. Oğlumun silahına toxundum. Cavad müəllimə, Sahib müəllimə, Eşqin müəllimə oğlumun hərbi xidmət keçdiyi yeri görməyimə şərait yaratığı üçün təşəkkür edirəm. Mən bir ana kimi onunla qürur duyuram, onun gələcəyi üçün həyat yoldaşım Adəmlə birgə çox arzularımız var idi. O arzuların hamısı Ramillə birgə torpağa basdırdıq. Ramil xidmətə gedəndə telefonunu mənə verib getmişdi. Ona “moe serdse” adlı nömrədən çoxlu zəng gəlmişdi. Qızım dedi ki, “ana aç görək kimin nömrəsidir”. Açdım, gördüm ki, mənim nömrəmdi”. (ana qəhərləndiyindən söhbəti davam etdirə bilmir).
Həmçinin oxuyun
Reyhan xanım oğlunun şəhid xəbərini eşidən zaman sarsıntı keçirib və danışığında problem yaranıb. Hazırda müalicə alır.
Şəhidin bacısı Arzu Quliyeva:“Oktyabrın 11-i yuxuma girdi. Mənə yaşıl və qırmızı rəngdə şar gördüyünü, yaşıl rəngi aldığını, qırmızıya isə pulunun çamadığını dedi. Yuxudan oyananda böyüklərə danışdım, qırmızı rəngin bayrağa işarət olduğunu söylədilər. O mənə dayaq idi, sirdaşım, dostum idi”.
Şəhidin dostu Amin Kazımzadə: “Ramil mənə dost-qardaş idi, uşaqlıqdan bir yerdə böyümüşdük. Son danışığımızda mənə “gələcəm, narhat olma” dedi. O hər zaman verdiyi sözün üzərində durardı. Amma, bu dəfə sözünə əməl edə bilmədi”.
Atası Adəm Yusifzadə: “Noyabrın 2-si yoldaşım dözə bilmədi, hərbi hissəyə getdi. O gedəndən sonra Ramilin itkin düşdüyünü öyrəndik. Reyhan bütün hospitalları gəzmiş, amma, heç bir şey əldə etməyərək geri qayıtmışdı".
Atası deyir ki, Ramil şəhid olmuşdu, amma nəşi tapılmırdı. Müharibə dayanandan sonra axtarış aparılıb və Ramilin meyitini çətinliklə də olsa, tapmaq mümkün olub. "Oğlum son mənzilə düşmən səngərini ələ keçirərək, yollanıb".
Ata oğlunu barmağındakı izdən tanıyıb.
"Sevincim onda oldu ki, müharibə bitdi və mən oğlumun nəşini tapdım”.
Ramil 2 gün döyüşdə olduğu müddətdə təxminən 20 erməni qəsbkarını öldürüb.
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
1
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
9
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
39
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
40
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
838
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
73
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
51
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
59
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
65
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
64
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
73
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
82
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
166
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
67
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
75
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
478
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
98
18:18 / 14 Mart 2025
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
82
18:11 / 14 Mart 2025
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
93
17:59 / 14 Mart 2025
Trampın nümayəndəsi Putinlə nə danışıb?
88
17:57 / 14 Mart 2025
Paşinyan bu tarixdə Rusiyaya gedir
92
17:54 / 14 Mart 2025
Sülh müqaviləsi nə zaman olacaq? - Politoloq şərh edir
120
17:46 / 14 Mart 2025
Tramp Putinlə danışıqlar apardığını bildirib
89
17:27 / 14 Mart 2025
Qrenlandiya Amerika olmağa tələsmir
142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.