Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6622
18.05.2023, 21:29
Xəbər verdiyimiz kimi Azərbaycanda sığortasız evlərin cəriməsinə başlanılacaq.
Bununla bağlı vətəndaşlarda bir sıra suallar yaranıb.
Vətəndaşları ən çox maraqlandıran suallardan biri də güzəştin olub-olmaması ilə bağlıdır.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, bu məsələdə heç kimə güzəşt müəyyən edilməyib.
- İcbari sığorta haqqı ilə bağlı qanunda hər hansı güzəşt nəzərdə tutulmayıb.Əksinə qanunda sığorta haqqına hər hansı güzəştin yaxud əlavənin edilməsi qadağan edilib.
Belə ki, qanunda konkret olaraq göstərilib ki, qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.
(Vəkil - Sadiq Əfəndiyev)
Mənzilini sığorta etdirməyənləri hansı cəza gözləyir?
- Qanunla İcbari sığortalar haqqında qanunun tələbərinin pozan şəxslər üçün məsuliyyət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən daşınmaz əmlakını sığorta etdirməyən fizki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimə nəzərə tutulmuşdur.
İcbari sığorta müqaviləsini bağlamadığına görə şəxs inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün keçdikdən sonra şəxs yenə də icbari sığorta müqaviləsini bağlamamış olarsa, həmin şəxs təkrar məsuliyyətə cəlb olunacaqdır.
Hazırladı: Miri Məcidli
22:17 / 30 Sentyabr 2026
1
22:16 / 30 Sentyabr 2026
7
21:40 / 30 Sentyabr 2026
45
21:12 / 30 Sentyabr 2026
386
21:10 / 30 Sentyabr 2026
51
20:44 / 30 Sentyabr 2026
58
20:38 / 30 Sentyabr 2026
141
20:33 / 30 Sentyabr 2026
62
20:10 / 30 Sentyabr 2026
96
20:10 / 30 Sentyabr 2026
76
19:50 / 30 Sentyabr 2026
72
19:35 / 30 Sentyabr 2026
315
19:26 / 30 Sentyabr 2026
178
19:26 / 30 Sentyabr 2026
77
19:23 / 30 Sentyabr 2026
66
19:21 / 30 Sentyabr 2026
76
19:15 / 30 Sentyabr 2026
67
19:12 / 30 Sentyabr 2026
81
19:01 / 30 Sentyabr 2026
84
18:53 / 30 Sentyabr 2026
110
18:45 / 30 Sentyabr 2026
97
18:29 / 30 Sentyabr 2026
79
18:14 / 30 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.