Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89274
az

Xüsusi Təyinatlı Şəhidin doğum günüdür

10:4517 May, 2023
667
ÖZƏL BÖLÜM
  • A

Bu gün XTQ qulluqçusu Cəlilov  Sahil Oktay oğlunun doğum günüdür.

Oxu24.com xatırladır ki,Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olub.

Hərbçi olmaq şərəflidir, hərbçi olmaq xalqın qüruru olmaq deməkdir. Sinəsində qəhrəman oğullar böyüdən Şərur rayonunda da hərb sahəsini seçən, bu adı şərəflə daşıyan, iftixarı bilən oğullar çoxdur. Bu gün o igid, cəsur, qorxmaz oğullardan biri Dərvişlər kəndinin qəhrəman oğlu Cəlilovlar ailəsinin son beşiyi Cəlilov Sahil Oktay oğlundan söz açacağıq.

2018-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Sahil 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlısı, kəşviyyatçısı kimi xidmətə başlayır. Hərbçi kimi cəmi bircə il çalışsa da, dəfələrlə fəxri fərmanlara layiq görülür. Sahil hər bir təlimdən üzüağ, alnıaçıq çıxır. Elə vətən müharibəsində də…

Oktyabrın 19-da Füzuli istiqamətində döyüşlərə başlayan Sahil böyük şücaət göstərərək düşmənin canlı qüvvəsini, texnikasını məhv edir. Kəşfiyyatçı kimi Qarabağ torpağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. Oktyabrın 22-də Xocavənd istiqamətindəki yüksəkliyi almaq uğrunda apardığı mübarizədə snayper hədəfinə tuş gələrək şəhidlik məqamına ucalır.

Vaxtilə, “ölüm bizə nə yaxındır, nə uzaq. Biz ölümün özüyük… Bir gün Vətən uğrunda şəhid olsaq, bu bizim üçün ən böyük şərəfdir”,- deyə yazan 23 yaşlı Sahil adının mənasını, şəhidliyi həyatının şüarı seçdi. Vətən sevgisi sahilinə sığmayan bir dəniz oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif ediib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...