Qaynar xətt:

(+99450) 247 90 86

Son sorğunun nəticələri: Türkiyədə seçkinin qalibi bu namizəd olacaq

Son sorğunun nəticələri: Türkiyədə seçkinin qalibi bu namizəd olacaq

ÖZƏL BÖLÜM

1246

13.05.2023, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyədə seçkilərə iki gün qalmış son sorğunun nəticələri açıqlanıb.
Oxu24.com xəbər verir ki, “Argetus” araşdırma mərkəzinin keçirdiyi sorğuda Ərdoğanla Kılıçdaroğlu arasında 4,5 faizlik fərq var. Sorğuda namizədlər adları ilə deyil, “birinci”, “ikinci, “üçüncü” olaraq qeyd olunub.
“Birinci” – Ərdoğan; “İkinci” – Kılıçdaroğlu; “Üçüncü” – Sinan Oğan; Nəticələrə görə, Ərdoğan 50,6 faiz, Kılıçdaroğlu 46,1 faiz, Sinan Oğan, 1,2 faiz səs alıb. Beləliklə, Ərdoğanın seçkinin ilk turunda 4,5 faiz səs fərqi ilə qalib gələcəyi proqnozlaşdırılır. Partiyalar üzrə keçirilən sorğuda da AKP 38,8 faiz səslə birinci yerdədir. Qeyd edək ki, bu bazar günü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkidə Ərdoğanın namizəd olduğu “Cümhur İttifaqı”, Kılıçdaroğlunun namizəd olduğu “Millət İttifaqı” və Sinan Oğanın namizəd olduğu ATA bloku yarışacaq.