Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
665
21.04.2023, 15:46
“Azərkosmos” açıqlama yayıb ki, “Azersky” peykimiz fəaliyyətini vaxtından tez bitirib. Qurumun açıqlamasına görə peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın "Airbus Defence and Space" ilə birgə çalışsalar da “AzerSky” ilə rabitə qurmaq mümkün olmayıb. 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq. Görən nə baş verib?
Oxu24.com xəbər verir ki, bu barədə ekspert Osman Gündüz bildirib.
O vurğulayıb ki, baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir:
“AzerSky” yerin müşahidəsi baxımından, həmçinin açıq desək kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı.
Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. “Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı.
“Azərkosmos” ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb. Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub.
Yeri gəlmişkən, “Azərkosmos”un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.
Kiber hücum olubmu?
Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir.
Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub.
Eyni zamanda, güman ki, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur. Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi. İstənilən halda, fikrimcə, səlahiyyətli qurumlar, kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum araşdırması məntiqli və doğru olardı.
Həm də düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə “Azərkosmos” 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər.
Yəni, hər bir halda kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır.
Təkrar edirəm ki, baş verənlər potensial müharibə zamanı Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir”.
14:07 / 01 Oktyabr 2026
9
14:05 / 01 Oktyabr 2026
13
13:57 / 01 Oktyabr 2026
40
13:39 / 01 Oktyabr 2026
53
12:48 / 01 Oktyabr 2026
63
12:46 / 01 Oktyabr 2026
59
12:14 / 01 Oktyabr 2026
85
11:44 / 01 Oktyabr 2026
63
11:34 / 01 Oktyabr 2026
81
11:22 / 01 Oktyabr 2026
67
11:12 / 01 Oktyabr 2026
73
10:54 / 01 Oktyabr 2026
71
10:49 / 01 Oktyabr 2026
113
10:43 / 01 Oktyabr 2026
82
10:41 / 01 Oktyabr 2026
580
10:39 / 01 Oktyabr 2026
71
10:31 / 01 Oktyabr 2026
79
10:25 / 01 Oktyabr 2026
84
10:18 / 01 Oktyabr 2026
61
10:09 / 01 Oktyabr 2026
79
10:05 / 01 Oktyabr 2026
302
09:51 / 01 Oktyabr 2026
1160
09:50 / 01 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.