Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
869
23.03.2023, 12:34
Xəbər verdiyimiz kimi, bu gün “SOY” prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasında həyatını itirib.
Bəs O. Əliyev kimdir?
Oxu24.com əməkdar mədəniyyət işçisi haqqında məlumatları təqdim edir:
Ə. Əliyev 19 iyun 1968-ci ildə İrəvanda anadan olub. Xalq artistləri Vidadi Əliyevin və Elmira İsmayılovanın övladıdır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin isə qardaşıdır.

O. Əliyev 1975-1985-ci illər İrəvan şəhəri M.F. Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun “kino və dram rejissoru” fakultəsində təhsil alıb.
1983-1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında “Virtuoz” adlı layihənin prodüseri olub.

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A.P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space TV-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.
1998-ci il oktyabr ayının 5-də "SOY" prodakşın şirkətinin təsisçisi və prezidenti olub.
O. Əliyev Əməkdar artist Dilarə Əliyeva ilə ailə qurub. Onların Aytən və Banu adlı iki qızı var.
O, bu gün 54 yaşında yol qəzasında həlak olub. O. Əliyevin idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişmiş, avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar D. Əliyeva yüngül xəsarətlər almışdır.
09:18 / 03 Oktyabr 2026
47
09:15 / 03 Oktyabr 2026
46
09:13 / 03 Oktyabr 2026
37
00:24 / 03 Oktyabr 2026
138
23:52 / 02 Oktyabr 2026
115
23:39 / 02 Oktyabr 2026
87
23:31 / 02 Oktyabr 2026
464
23:27 / 02 Oktyabr 2026
99
23:24 / 02 Oktyabr 2026
108
23:22 / 02 Oktyabr 2026
87
23:15 / 02 Oktyabr 2026
105
23:09 / 02 Oktyabr 2026
102
22:57 / 02 Oktyabr 2026
330
22:52 / 02 Oktyabr 2026
82
22:37 / 02 Oktyabr 2026
99
22:28 / 02 Oktyabr 2026
192
22:27 / 02 Oktyabr 2026
84
22:25 / 02 Oktyabr 2026
297
22:23 / 02 Oktyabr 2026
98
22:14 / 02 Oktyabr 2026
94
22:09 / 02 Oktyabr 2026
84
21:56 / 02 Oktyabr 2026
115
21:55 / 02 Oktyabr 2026
1304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.