Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84077
az

"İnstagram"dakı şəkillərə görə anasını və bacısını öldürdü - "Razin"dəki qətlin TƏFƏRRÜATLARI

16:3308 Mart, 2023
568
ÖZƏL BÖLÜM
  • A

Qısa arayış...

2019-cu il dekabrın 13-də Bakıxanov qəsəbəsində “Uğur” Yaşayış kompleksi, bina 8, mənzil 71-də qətl baş verib.
 
Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar. Həmin mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Elgün Niftizadə və anası
1968-ci il təvəllüdlü Fatma Həmzəyevanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fatma Həmzəyevanın meyiti üzərində 39, Elgün Niftizadənin isə 23 ədəd bıçaq yarası aşkar edilib. 

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, ağır cinayəti Murad Niftizadə törədib. Dekabrın 18-də onun barəsində beynəlxalq axtarış elan edilib.
 
2 ildən sonra, 2021-ci il oktyabrın 15-də Murad Niftizadə Rusiyanın Saratov vilayəti, Engels rayonu ərazisində həbs olunub. Daha 6 aydan sonra, 2022-ci il martın 10-da Baş Prokurorluq məlumat yayıb ki, saxlanılan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

 

Hadisə olan ev

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Murad Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadənin əxlaqsızlıqla məşğul olmalarını bilib və bunu qəbuledilməz hal hesab edib. Bacısını özü ilə birlikdə yaşamaq üçün Rusiyaya aparmaq məqsədilə dekabrın 13-ü gecə saat 1 radələrində onların Bakıxanov qəsəbəsində, yaşadıqları mənzilə gəlib. Görüşüb məqsədini bacısına bildirdikdə, aralarında mübahisə yaranıb. Evdən götürdüyü bıçaqla əvvəl anasının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Bacısı onun hərəkətlərinin qarşısını alaraq, anasını xilas etməyə çalışıb.

Murad anasının yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə rəhimsizliklə həmin bıçaqla Elgün Niftizadəyə çoxsaylı xəsarətlər yetirib. Bu hərəkətləri ilə, Murad Niftizadə Fatma Həmzəyevanı və Elgün Niftizadəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
 
İş üzrə dindirilmiş Murad Niftizadə bildirib ki, 1997-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Anadan olmazdan 3-4 ay əvvəl atası 37 yaşında qəflətən dünyasını dəyişib:

“Yetkinlik yaşıma çatanda böyük bacı-qardaşımın danışıqlarından bildim ki, anam hələ atamın sağlığında ona xəyanət edib. Uşaqlarına əhəmiyyət vermədən, kənd sakinlərindən utanıb-çəkinmədən kəndimizlə həmsərhəd olan Bəydilli kəndində yaşayan ailəli bir kişi ilə görüşüb. Atam bunu bilib, daim xəcalətlə yaşayıb və  dərddən vəfat edib. 11-12 yaşım olanda anam 4 uşağını qoyaraq, həmin adama qoşulub çıxıb evdən getdi. Böyük bacım Gülşən, özü uşaq olmasına baxmayaraq bizə analıq, qardaşım Cavid isə atalıq etdi. Birtəhər bibimizin himayəsində yaşadıq. Ailə başçısını itirməyə görə verilən müavinət kartını da anam özü ilə aparmışdı və bizi həmin puldan da məhrum etmişdi. Uşaq olanda anamın hərəkətlərini tam dərk etməmişdim. Amma böyüdükcə daxilən xəcalət çəkirdim, həmyaşıdlarım içərisində həmişə başı aşağı olmuşam. Qulaqlarım eşidə-eşidə mənə anası pozğun deyildiyini eşitmişəm.

 

Murad Niftizadə

Bacım Gülşənin ərizəsi əsasında Biləsuvar rayon məhkəməsinin qərarı ilə Fatma Həmzəyeva rəsmi analıqdan məhrum edildi. 2 bacı, 2 qardaş talehimizlə barışaraq, anamızı həyatımızdan silib, yaşadıq. Məktəb dövründən idmana həvəsim yarandığından boks təlimlərinə gedirdim. 2012-ci ildə Bakıya gəlib bir müddət bibilərimin evlərində qaldım”.

Sonralar müxtəlif ünvanlarda kirayədə yaşayıb. Müxtəlif respublika yarışlarında iştirak edib, dəfələrlə diplomlarla təltif olunub. Rusiyanın Saratov şəhərində yaşayan əmisi vaxt aşırı ona maddi köməklik edib, gələcəkdə peşəkar idmançı olmasını arzulayıb:

“2014-2015-ci illərdə eşitdiyimə görə Fatma Həmzəyeva kənddə yaşayan bəzi tanışlarının vasitəsilə bacım Elgünlə əlaqə saxlayaraq, onunla görüşüb. Böyük bacım və qardaşım, həmçinin əmilərim və bibilərim buna mane olmağa çalışsalar da, anam Elgünü yoldan çıxarıb öz yanına, Bakıya aparıb. Əvvəl zənn etdik ki, yəqin Fatma Elgünün ehtiyaclarını öz üzərinə götürmək və ona analıq etmək istəyir. Amma, sonradan hər ikisinin əxlaqsız həyat tərzi keçirməsi, kafelərdə və çay evlərində günəmuzd xidmət etmələrini öyrəndik. 2015-2016-ci illərdə hərbi xidmətdə oldum. Əmimin təklifi ilə 2017-ci ildə işləmək üçün Rusiyanın Saratov şəhərinə getdim. İstirahət mərkəzində mühafizəçi işləyirdim. 2018-ci ildə əslən, rayonumuzdan olan, lakin Saratovda yaşayan bir qızla evləndim. Bacımla tez-tez əlaqə saxlayırdım. Elgün haqqında soruşanda, Gülşən onun nə işlə məşğul olması ilə maraqlanmadığını dedi. Danışığından anladım ki, Elgün anamın təsiri altındadır. Naməlum şəxslərlə görüşür, telefonu vasitəsilə internetdə açıq-saçıq şəkillər paylaşır. Şəxsən özüm də “instaqram”da “nifdizade” adlı profildə bacımın hamam xalatında, açıq geyimdə, oğlanlarla bir yerdə əxlaqsız görüntülərini gördüm. Bir neçə dəfə xəbər göndərdim ki, Elgün həmin şəkilləri yığışdırsın, amma faydası olmadı. Ailənin iki son beşiyi kimi, uşaq vaxtı daim bir-birimizə bağlandığımıza görə, Elgünün yaşadığı həyatı, onun davranışını qətiyyən qəbul edə bilmədim. İstənilən yolla onu anamdan ayırıb öz yanıma, Rusiyaya aparmağı düşündüm və bunu bacı-qardaşıma dedim. Onlar da bu fikrimlə razılaşdılar”.

2019-cı ilin dekabr ayında bilib ki, bacısı Gülşən ağır xəstələnib və əməliyyat olunmalıdır. Buna görə, istifadəsində olan avtomobilini girov qoyub və təxminən 3000 manata yaxın pul düzəldib, Azərbaycana gəlib:

“Gülşəndən Fatma Həmzəyevanın telefon nömrəsini öyrəndim. Onunla əlaqə saxladım və görüşmək istədiyimi bildirdim.

2019-cu il dekabrın 12-də axşam Bakıxanov qəsəbəsinə yollandım. Üzərimdə bıçaq yox idi. “Uğur” Yaşayış Kompleksinin həyətində Fatma məni qarşılayandan sonra, birlikdə mənzilə qalxdıq. Məni çox soyuq qarşılayan Fatma niyə gəldiyimi soruşdu. Bacımın yanına gəldiyimi söyləyəndə, anam: “Elgün işdədir, hələ gəlməyib, bir saata gələcək” dedi. Keçib mətbəxdə oturdum. Fatma mənimlə acıqla danışdı. “Elgün indi yadına düşüb, neynirsən onu? İşləyib özünü dolandırır, heç kimə ehtiyacı yoxdur” deyəndə, əsəbiləşdim. “İnternetdə olan şəkillərindən, necə işləyib dolanması bəllidir” dedim. Cavab olaraq, anam qızın “yaxşı etdiyini” söyləyəndə, başa düşdüm ki, artıq bu adam üçün əxlaq, abır-ismət deyilən heç nə qalmayıb. Elgünü özümlə aparmağa gəldiyimi deyəndə, Fatma qışqıraraq, “Elgünün heç yerə etməyəcəyini” bildirdi. Əxlaqsız ifadələrlə mənzildən çıxmağımı tələb etdi. Mübahisəmizin gərgin vaxtında bacım evə gəldi. Mətbəxdə söhbət edərkən, hiss etdim ki, gəlişim onun da ürəyincə deyil. “İnternetdə oğlanlarla yarıçılpaq şəkillərini paylaşdığını” soruşanda, Elgün “hesabat verməli deyiləm, həyatımı yaşayıram, heç kim mənim işimə qarışa bilməz” dedi. Ona qardaşı olduğumu, uşaq vaxtı birgə anasız böyüdüyümüzü, acı uşaqlıq xatirələrimizi xatırlatmağa çalışsam da, artıq anladım ki, Fatma Elgünün də həyatını məhv edib. Anam qonşu otaqdan mətbəxə gələrək, qadına yaraşmayan əxlaqsız ifadələr işlətməyə başladı. Söhbətimizi yarımçıq qoyan Elgün marketə gedəndə, yaranmış fürsətdən istifadə edib anamdan xahiş etdim ki, bacımı aparmağıma mane olmasın.

 

Muradın diplomu

Fatma deyəndə ki, Elgün mənim bacım deyil, bir anlıq özümü saxlaya bilmədim. “Hətta atamızın sağlığında belə pozğunluq etdiyini” soruşanda, anam bunu təsdiq edərək, atamızı söydü. Başına yumruqla zərbə vuranda, Fatma yerə yıxıldı. Ayağa qalxıb bıçaq götürən Fatma sağ çiyinimə xəsarət yetirdi. Yenə vurmağa cəhd edəndə kəsici aləti onun əlindən aldım. Vurduğum zərbələrin sayını xatırlamıram. Elgün mənzilin qapısını açıb içəri girəndə, sanki ayıldım. O, Fatmanın qan içində olduğunu görüb, üzərimə gəldi. Qışqıra-qışqıra əlləri ilə məni vurmağa başlayanda, bıçaqla bacıma da zərbələr endirdim. Zərbələrin təsirindən Fatma qonaq otağının qarşısında, Elgün isə mətbəxdə yıxılaraq, hərəkətsiz vəziyyətdə qaldılar. Bıçağı tullayıb hamam otağına keçdim. Gödəkcəmi axtaranda, gördüm ki, əşya Elgünün əynindədir. Yadıma düşdü ki, bacım marketə düşəndə gödəkcəmi geyinmişdi. Gödəkcəni götürmədən, əynimdə olan qısaqol köynəkdə mənzildən çıxdım. Binadan aralanıb, bir az  gəzişdim. Fikirləşdim ki, Elgünə görə qayıdım, bəlkə hələlik sağdır, amma sonra fikrimdən daşındım. Taksi ilə “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə, ordan isə Rusiyaya getdim”.

Murad Niftizadə əlavə edib ki, cinayəti törətməzdən əvvəl və törətdikdən sonra heç kimə bu barədə məlumat verməyib. Mənzili tərk edərkən bacısına məxsus mobil telefonu, habelə onlara məxsus qızıl-zinət əşyaları və ya pulları götürməyib.

Eşitdiyinə görə, hadisədən sonra doğmaları Fatmanın və Elgünün meyitlərini qəbul etməyiblər. Onların kənddə dəfn edilməsi və mərasim keçirilməsinə razılıq verməyiblər. Hər ikisi Bakının Hövsan qəsəbəsində, kimsəsizlər qəbiristanlığında dəfn olunublar.

 
Zərərçəkmiş şəxsin hüquqi varisi Cavid Niftiyev ifadəsində göstərib ki, telefonla əlaqə saxlayanda anasının Biləcəri qəsəbəsində kafedə aşbaz, bacısı Elgünün isə “Qara Qarayev” metrostansiyasının yanında, marketdə satıcı işlədiyini bildiriblər:

“Bakıxanov qəsəbəsində kirayədə yaşayıblar. Qardaşım Murad Rusiyadan Azərbaycana axırıncı dəfə dekabrın 6-da qayıdıb. Dekabrın 13-də anamla bacımın ölüm xəbərlərini eşidəndə rayonda idim. Bakıya qayıdıb hadisə ilə maraqlananda məlum oldu ki, Fatma Həmzəyevanın və Elgün Niftizadənin qətlində Murad şübhəli şəxs qismində axtarılır”.

Cavid Niftiyev qeyd edib ki, qardaşı anası və bacısını öldürəcəyi barədə ona heç nə deməyib. Əslində Muradın onları öldürmək niyyəti olmayıb. Qardaşı bacısını pis yoldan uzaqlaşdırmaq, özü ilə Rusiyaya aparmaq istəyib.
 
Şahid Nilufər Əliyeva ifadəsində göstərib ki, Elgün Niftizadə ilə birlikdə Bakıxanov qəsəbəində kirayədə yaşayıb:

“Onunla 3-4 il əvvəl tanış olmuşuq. “Qarayev” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən çay evində ofisiant işləyirdik. Məlum hadisədən 15-20 gün əvvəl Elgün dedi ki, “İnstaqram”da yarıçılpaq şəkillərini qardaşı Murad görüb və zəng edərək, başını kəsəcəyini bildirib. Dekabrın 8-də rəfiqəm bu yaxınlarda anasının evlərinə gələcəyini söyləyərək, mənzili təmiz saxlamasını xahiş edib. Ayın 12-i saat 23:52-də Elgün zəng vuraraq, özünün hazırda işdə olduğunu, anası ilə qardaşının kirayədə qaldıqları mənzildə olduqlarını dedi və mənim də evə getməyimi xahiş edib. Tanımadıqlarım adamlara görə özümü narahat hiss edəcəyimi fikirləşərək, xalam qızının evində gecələməyi qərara aldım.

 

Ona görə də rəfiqəmə evə gəlməyəcəyimi bildirdim. Dekabrın 13-ü saat 17 radələrində yaxın münasibətdə olan Orxan Mehdiyevə zəng edərək, rəfiqəmin telefonuna zəng çatmadığı üçün, narahat olduğunu dedim. Buna görə, Orxan öz avtomobili ilə xalamqızıgilə gəlib, məni Bakıxanov qəsəbəsinə apardı. 8-ci mərtəbəyə qalxıb mənzilin qapısını açanda gördük ki, Elgün ağzı üstə yıxılmış vəziyyətdədir, ətrafı isə qandır. 102 xidmətinə zəng edib, hadisə barədə məlumat verdik”.

 
Şahid Raqif Zamanov ifadəsində göstərib ki, hadisə baş verən mənzil onun arvadının adına rəsmiləşdirilib:

“Dekabrın 13-ü saat 19 radələrində 13-cü bölmənin əməkdaşı zəng edib, evimizdə 2 qadın meyitinin aşkar olunması barədə məlumat verdi. Ünvana çatanda polis və prokurorluq əməkdaşlarının mənzilə baxış keçirdiklərini gördüm. Nurlana adı ilə özünü təqdim edən Elgün Niftizadə və anası Fatma Həmzəyevanın meyitləri aşkar edildi.

Hadisədən sonra bildim ki, Nilufər Əliyeva Elgün Niftizadənin bacısı yox, rəfiqəsi olub”.

 

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Niftizadə cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, Niftizadənin cəzası 18 ilə endirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi