Qaynar xətt:

(+99450) 247 90 86

Vətəndaşın qeydiyyatı niyə ləğv olunur? - AÇIQLAMA

Vətəndaşın qeydiyyatı niyə ləğv olunur? - AÇIQLAMA

ÖZƏL BÖLÜM

1102

20.01.2023, 11:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Evimin sənədi yoxdur. Polisə qeydiyyata düşmüşdüm. Amma yeni bilmişəm ki, qeydiyyatım ləğv olunub. Polisə müraciət etdim, oradan bildirildi ki, qeydiyyata düşmək üçün yenidən məhkəməyə müraciət etməliyəm, məhkəmə qərarından sonra qeydiyyata alına bilərik”. Bunu Bakı sakini Müşfiq Əliyev bizimlə söhbətində bildirib.

O, “Yeni Müsavat”a müraciət edərək məsələnin aydınlaşdırılmasını istəyib. Bakı sakini əlavə edib ki, məhkəmənin müsbət qərar verəcəyinə ümidi yoxdur.

Qeyd edək ki, son dövrlər sənədi olmayan mənzillərdə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair xəbərlər çoxalıb. Qeyd edilir ki, həmin şəxslərin şəxsiyyət vəsiqələri də etibarsız sayılır.


Onu da diqqətə çatdıraq ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər hansı problemlə üzləşmirdilər.

BUTA.TV  xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, həmin şəxslər mütləq şəkildə ərazi üzrə polis orqanlarına məlumat verməlidirlər: “Əgər onların qeydiyyat ünvanları yoxdursa, qeydiyyata düşməli yerləri yoxdursa da müraciət etməlidirlər. Müraciətlərə baxılır. Ümumiyyətlə, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə də aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını bildiriblər. Biz bununla bağlı bir neçə gün öncə da məlumat yaymışdıq. İlk olaraq qeyd edim ki, bu məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur".

 

Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə isə DİN rəsmisi deyib ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir: “Bu baxımdan, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. O da qeyd edilməlidir ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.

Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur".

 

 

Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı keçirilib 

19:08 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı keçirilib 

72

0
Hesablama Palatası və DVX maliyyə hesabatlılığı sahəsində birgə müzakirə platforması yaradıb

18:59 / 09 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hesablama Palatası və DVX maliyyə hesabatlılığı sahəsində birgə müzakirə platforması yaradıb

69

0
Amerikalı səyyah Qarabağın mənzərələrinin və tarixi abidələrinin gözəlliyini qeyd edib

18:50 / 09 Oktyabr 2026

DÜNYA DÜNYA

Amerikalı səyyah Qarabağın mənzərələrinin və tarixi abidələrinin gözəlliyini qeyd edib

74

0
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib

18:46 / 09 Oktyabr 2026

DÜNYA DÜNYA

Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib

83

0
Finlandiya niyə dünyanın ən xoşbəxt ölkələrindən biridir? Sirr məktəblərdədir!  

18:35 / 09 Oktyabr 2026

DÜNYA DÜNYA

Finlandiya niyə dünyanın ən xoşbəxt ölkələrindən biridir? Sirr məktəblərdədir!  

80

0
Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA  

18:22 / 09 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA  

136

0
Sumqayıtda ŞOK OLAY: 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ 

18:21 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda ŞOK OLAY: 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ 

86

0
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi kimlərə şamil olunacaq? - Detallar AÇIQLANDI  

18:10 / 09 Oktyabr 2026

HÜQUQ HÜQUQ

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi kimlərə şamil olunacaq? - Detallar AÇIQLANDI  

86

0
Moskvada dron hücumları səbəbindən 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib  

17:55 / 09 Oktyabr 2026

DÜNYA DÜNYA

Moskvada dron hücumları səbəbindən 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib  

89

0
Abşeronda binada güclü yanğın - FOTOLAR  

17:47 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abşeronda binada güclü yanğın - FOTOLAR  

107

0
Hicablı qadınlara cəmiyyətdə heç bir ayrı- seçkiliyin kiçik bir elementi belə yoxdur

17:39 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hicablı qadınlara cəmiyyətdə heç bir ayrı- seçkiliyin kiçik bir elementi belə yoxdur

126

0
Nazirlikdən pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA 

17:36 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlikdən pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA 

608

0