Qaynar xətt:

(+99450) 247 90 86

Soledar kimdədir? - ABŞ Rusiyanın yalan dediyini açıqladı

Soledar kimdədir? - ABŞ Rusiyanın yalan dediyini açıqladı

ÖZƏL BÖLÜM

755

11.01.2023, 10:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Rusiyanın yalanını ortaya çıxarıb.

 

Oxu24.com xarici  mediaya istinadən  xəbər  verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) cəbhədəki hadisələrlə bağlı son hesabatında deyilir ki, Rusiya mənbələrinin bəzi yalan iddialarına baxmayaraq, rus qoşunları hələ də Soledarı tam ələ keçirməyib.


ISW yazır ki, onun ekspertləri Donetsk vilayətində bu şəhərin mərkəzində Wagner  döyüşçülərinin görüntülərini görüblər. Eyni zamanda, Soledarda müəyyən məhəllələrə kimin nəzarət etdiyini qiymətləndirmək olduqca çətindir, çünki küçə döyüşləri zamanı vəziyyət çox tez dəyişə bilər.

ISW qeyd edir: "Rusiyanın ən cəsarətli bəyanatlarına inanmaq lazım olsa belə, Soledarın tutulması Baxmutun dərhal mühasirəyə alınmasına səbəb olmayacaq". Soledarın nəzarəti Rusiya qüvvələrinə Baxmuta gedən Ukraynanın əsas təchizat xətlərinə nəzarət etməyə imkan verməyəcək."

ISW hesabatında həmçinin bildirilir ki, yanvarın 10-da Ukrayna qüvvələri Svatovo-Kremennaya xətti (Luqansk vilayətində yerləşir və Ukrayna Silahlı Qüvvələrinin Severodonetsk və Lisiçansk yolunda yerləşir) ilə irəliləməyə davam edib.

Bundan əvvəl “Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojin bildirmişdi ki, guya muzdlular Ukraynanın Donetsk vilayətindəki Soledara nəzarəti ələ keçiriblər.

O, Vaqner PMC-nin döyüşçülərindən başqa heç bir bölmənin Soledara hücumda iştirak etmədiyini vurğulayıb.

Ukrayna Silahlı Qüvvələri Soledarın təslim olması ilə bağlı hələlik heç bir məlumat verməyib.

 

Tərcümə: Miri  Məcidli