Qaynar xətt:

(+99450) 247 90 86

Səddam Hüseyni tutan ABŞ əsgəri illər sonra şok faktı açdı: İlk sözü görün nə olubmuş

Səddam Hüseyni tutan ABŞ əsgəri illər sonra şok faktı açdı: İlk sözü görün nə olubmuş

ÖZƏL BÖLÜM

2383

03.01.2023, 21:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2003-cü ildə devrilmiş Səddam Hüseynin ələ keçirildiyi zaman eşitdiyi sözlər ilk dəfə üzə çıxıb. 

Oxu24.com xarici mətbuata istinadən xəbər  verir  ki, ABŞ-da donanma veteranının Danger Close adlı podkast yayımında danışan Baş Serjant Kevin Holland İraqın devrilmiş lideri Səddam haqqında eşidilməyən faktları açıqlayıb.

Holland  Səddam Hüseyni   fermanın yaxınlığındakı kiçik bir sığınacaqda necə tapdıqlarını təsvir edib.

Holland, Hüseynin tutularkən özünü necə apardığı barədə ətraflı məlumat verməzdən əvvəl "O, olduqca döyülmüşdü" deyib. 

 

Səddam Hüseyn tutulan zaman ABŞ əsgərlərinə ingiliscə müraciət edib. O,bildirib ki,İraq Prezidentidir və danışıqlar aparmağa hazırdır.ABŞ əsgərləri cavabında  danışıqların artıq gec olduğunu bildiriblər.

İraq Prezidentini tutan ABŞ əsgərinin  Səddama ilk sözləri "Prezident Buşun salamlarını çatdırması" olub. Daha sonra o Səddam Hüseyni maşına mindirib və aparıb.

İraqın devrilmiş lideri Səddam 2006-cı il dekabrın 30-da edam edilib.

 

 

Tərcümə: Miri Məcidli