Qaynar xətt:

(+99450) 247 90 86

İsrailli deputatlar Azərbaycana məktub göndərib: Bizim ortaq düşmənimiz var

İsrailli deputatlar Azərbaycana məktub göndərib: Bizim ortaq düşmənimiz var

ÖZƏL BÖLÜM

956

01.01.2023, 21:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bazar günü, yanvarın 1-də İsraildən  30 nazir və deputatın imzası ilə   İsraildə səfirliyin açılması ilə əlaqədar Azərbaycan Milli Məclisinin sədrinə və parlament üzvlərinə təbrik məktubu göndərilib.


“Sizi, dostlarımızı, Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edirik. Bu, iki ölkə arasında cəsarətli əməkdaşlığın təşviqində mühüm addımdır.Həmçinin Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun  davamıdır”, - məktubda deyilir.

Məktubda  qeyd edildiyi kimi, Azərbaycan və İsrailin “ortaq və təhlükəli düşməni var – İran hər iki xalqı məhv etməklə hədələyir”.

Məktubda deyilir: “Öz xalqını vəhşicəsinə qətlə yetirən və bütün dünyada terroru təşviq edən ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə hörmət qazanan dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatından istifadə edir”.

Deputatların bəyanatında o da qeyd olunur ki, Tehran “Azərbaycan Hizbullahını yaratmağa çalışır”.

 

Tərcümə:Miri Məcidli