Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
986
01.01.2023, 18:24
ABŞ Konqresindəki Demokratlar keçmiş prezident Donald Trampın Ağ Evin rəhbəri olduğu 2015-2020-ci illər üçün vergi bəyannamələrini açıqlayıb.
Trampın özü vəzifədə olarkən bunu etməkdən imtina etmişdi və bununla da ABŞ-da mövcud olan ənənələri pozmuşdu.
Nəticədə Demokratlar keçmiş prezidentin vergi bəyannamələrini açıqlamaq üçün məhkəməyə müraciət ediblər. ABŞ məhkəməsi iddianı təmin edib və minlərlə səhifəlik maliyyə sənədləri demokratlara təhvil verilib.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, məlum olub ki, Tramp prezident postunda olarkən bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycandan on milyonlarla dollar gəlir əldə edib.
Tramp prezident seçilən kimi onun Bakıda otel açmaq planları puç olub
Ən qalmaqallı məqamlardan biri də Trampın prezidentliyi dövründə ABŞ-ın ən böyük geosiyasi rəqibi olan Çində bank hesablarının olmasıdır. Üstəlik, 2020-ci ildə Co Baydenlə seçkiqabağı debat zamanı eks-prezident bu faktı təkzib edərək, yuxarıda qeyd olunan hesabların çoxdan bağlandığını bildirib. Vergi bəyannamələri Trampın yalan danışdığını sübut edir.
O da məlum olub ki, Tramp 2016-cı ildə 38 milyon dollar, 2017-ci ildə isə 55 milyon dollar ümumi gəliri olub. ABŞ-ın eks-prezidenti Azərbaycan, Hindistan, İndoneziya, Panama, Filippin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə pul qazanıb. Mütəxəssislər bildirirlər ki, bu xarici pulların konkret mənşəyi məlum deyil.

Gəlirlə yanaşı, Tramp xaricdəki sərmayələrində də on milyonlarla dollar pullar xərcləyib.
Vergi bəyannaməsində Trampın Azərbaycandakı gəlir mənbəyi göstərilməsə də, görünür, söhbət onun Bakıdakı “Trump Hotel” layihəsindən əldə etdiyi gəlirdən gedir.
Bildiyiniz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Trampın ailə şirkəti ilə biznes sövdələşməsi edərək Bakının mərkəzində tikilmiş yelkənvari otel və yaşayış kompleksinə onun adını verib.
Amerika mətbuatı bu sövdələşmədən Tramp prezident seçildikdən sonra yazıb və eyni zamanda onun Bakıda otel açmaq planlarının iflasa uğradığını qeyd edib.
Məsələn, 2017-ci ildə The New Yorker-də dərc olunmuş məqalədə bildirilirdi ki, 5 ulduzlu yelkən formalı dəbli otel olan Trump International Hotel & Tower Baku, demək olar ki, tamamlanmış kimi görünsə də, heç vaxt açılmayıb.
Xatırladaq ki, binanın tikintisi ilə bağlı planlar 2008-ci ildə, memarlar Azərbaycan paytaxtının mərkəzində “elitar yaşayış binası” layihəsini hazırlayanda açıqlanmışdı. 2012-ci ildə “Trump Organization” şirkəti ilə azərbaycanlı inşaatçılar binanın lüks otelə çevrilməsi üçün müqavilə imzalayıblar. Təşkilatın baş hüquqşünası Alan Qarten bildirib ki, Tramp otelin tikintisi prosesində yalnız nominal rol oynayıb: o, Anar Məmmədova öz adından istifadə etməyə icazə verən “sadəcə lisenziya verən” olub. Bu barədə “The New Yorker” məlumat yayıb.

2018-ci ildə New York Times yazıb ki, Tramp təşkilatı 2016-cı il seçkilərindən qısa müddət sonra bu lisenziya müqaviləsini geri götürüb, çünki o zaman prezident üçün maraqların toqquşması yarada biləcək bütün beynəlxalq layihələrin dayandırılması nəzərdə tutulurdu. Bununla belə, layihədə iştirak edən üç Trump L.L.C. şirkətinin vergi qeydləri konsaltinq xidmətləri üçün cəmi 1,1 milyon dollar ayırmaları göstərir.
Associated Press agentliyinin 2016-cı ildə dərc etdiyi araşdırmada bildirilir ki, Bakıda otel layihəsi tamamlanmasa da, Trampa külli miqdarda pul ödənilib. Belə ki, Tramp kampaniyasının yaydığı bəyannamədə onun otel idarəçiliyi xidmətlərinə görə 2,5-2,8 milyon dollar qazandığı və nəticədə heç açılmadığı göstərilib. Donald Trampın qızı İvanka “Trump Organization”un Bakı layihəsində ən yüksək vəzifəli məmuru olub. Həmin vaxt Tramp Azərbaycanın ən korrupsioner məmurlarından biri olan Ziya Məmmədovun oğlu ilə münasibətlərinə görə Amerika mətbuatı tərəfindən kəskin tənqid edilib.
Trampın özü vergi bəyannamələrinin açıqlandığını öyrəndikdən sonra demokratları hədələyərək “bunun üçün siyasi qiymət ödəməli olacaqlarını” deyib. "Radikal Sol Demokratlar bütün silahlarını mənə qarşı istifadə etdilər, lakin bunun təhlükəli ikitərəfli yol olduğunu unutmayın!" - eks-prezident vurğulayıb.
Tərcümə: Miri Məcidli
12:32 / 11 Oktyabr 2026
8
12:29 / 11 Oktyabr 2026
24
12:25 / 11 Oktyabr 2026
36
12:20 / 11 Oktyabr 2026
53
12:10 / 11 Oktyabr 2026
137
11:55 / 11 Oktyabr 2026
55
11:30 / 11 Oktyabr 2026
472
11:24 / 11 Oktyabr 2026
75
11:21 / 11 Oktyabr 2026
83
11:13 / 11 Oktyabr 2026
325
11:07 / 11 Oktyabr 2026
63
10:48 / 11 Oktyabr 2026
625
10:43 / 11 Oktyabr 2026
79
10:29 / 11 Oktyabr 2026
88
10:20 / 11 Oktyabr 2026
105
10:02 / 11 Oktyabr 2026
407
09:41 / 11 Oktyabr 2026
219
09:36 / 11 Oktyabr 2026
75
09:25 / 11 Oktyabr 2026
112
09:10 / 11 Oktyabr 2026
3394
09:10 / 11 Oktyabr 2026
150
08:56 / 11 Oktyabr 2026
841
08:51 / 11 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.