Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
930
26.12.2022, 18:51
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokrat.az saytına gündəmdəki əsas mövzuyla bağlı müsahibə verib. Musavat.com partiya sədrinin müsahibəsini təqdim edir:
- Sərdar bəy, Vasif Talıbovun istefasının səhhəti ilə bağlı olmasına inanırsınız?
- Təbii ki, Vasif Talıbovun işdən azad olunması onun səhhəti ilə bağlı deyil. Mən bilirəm ki, Vasif Talıbovun səhhətində həqiqətən də uzunmüddətdir ciddi problemləri var. Şəkər xəstəliyi, təzyiqi var və s. Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Azərbaycan dövlətinə qarşı xəyanət kimi dəyərləndirilən addımları ilə Azərbaycan rəhbərliyinə tabe olmamağının və Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır.
- 2020-ci ilin 9 noyabr axşamı Naxçıvan istiqamətində rus helikopterinin vurulması təxribatında Vasif Talıbovun hansısa rolu ola bilərdimi?
- Bu gün rus silahlı qüvvələrinin Xankəndinə girməsi Naxçıvanda vurulan vertolyot hadisəsi ilə bağlıdır. Ona görə də, bugünə qədər də Naxçıvanda kimin göstərişiylə, kimin o vertolyotu vurduğu bəlli deyil. Onu ruslar vurub Naxçıvanın üstünə atıb, yəni ki, bu günə qədər o məsələ aydınlaşmır. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyinin də bu məsələdə çox ciddi əli var. Eləcə də, son vaxtlar İranın Naxçıvana qarşı olan iddiaları ilə bağlı Naxçıvan Muxtar Respublikasında nə rəhbərlikdə olan şəxslər, nə də adi vətəndaşlar öz mövqelərini ortalığa qoyublar, etirazlarını bildirməyiblər. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyi Azərbaycan rəhbərliyindən fərqli olaraq İranla tamamilə başqa bir əlaqələr yaradıb. Baxmayaraq ki, dəfələrlə İranda İlham Əliyevin şəxsən özünün əleyhinə, dövlətimiz əleyhinə çox kəskin bəyanatlar verib. Amma, belə bəyanatlara cavab olaraq Naxçıvan Muxtar Respublikasında heç kəs ağzını açıb nə Prezidenti müdafiə edib, nə dövlətimizi, nə də millətimizi müdafiə edib. Bu da onu göstərir ki, həqiqətən də Naxçıvanla İran arasında Azərbaycanla İran arasındakı münasibətdən fərqli münasibətlər formalaşdırıb. Bu isə Naxçıvan ərazisindən keçməli olan İpək yolunun çox ciddi şəkildə problemlərlə üzləşəcəyindən xəbər verir. Dəfələrlə Türkiyə xüsusi təhlükəsizlik orqanlarını Naxçıvanda bir PKK və İŞİD üçün müəyyən bir tranzit yol olmasıyla bağlı məlumatlar olub. Hətta Vasif Talıbovun və adamlarının da PKK ilə və digər bu cür qüvvələrlə əlaqəsinin olması haqqında çoxlu məlumatlar var. Ona görə də, Vasif Talıbovun işdən çıxarılması tamamilə siyasi motivlidir. Onun Vətənə, dövlətə zidd mövqe tutması ilə bağlıdır.
- Nə zamansa Naxçıvandan dindarların İrana hər hansı müraciəti olubmu?
-İran dindarları heç vaxt müraciət etməyiblər və hansı mənada müraciət edəcəklər? İran Naxçıvandan həmişə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı bir silah kimi istifadə edib. Bir çox hallarda buna müvəffəq də olubdur. Görünür, son vaxtlarda İran onun əleyhinə siyasətdən narazı qaldığından, yenə də Naxçıvandan İlham Əliyevə qarşı istifadə etmək cəhdləri edibdir. Yaxşı ki, bu cəhdlər baş tutmadı və vaxtında Vasif Talıbov Naxçıvandan uzaqlaşdırıldı. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasını tamamilə boşaldıb. Orada əhaliyə divan tutub. İnsan ağlına gəlməyən qaydalar tətbiq edib. Naxçıvanın tarixi abidələrini darmadağın edib. Özünün öz ağlı ilə həmin abidələrin yerində tamamilə müasir qayda da guya abidələr düzəldib və s. Həm mədəniyyətimizə böyük ziyan vurub, həm iqtisadiyyatımıza, həm Naxçıvan camaatının demoqrafik proseslərinə çox mənfi təsirləri olan işlər aparıb, həm də Azərbaycan hakimiyyətinə və dövlərinə tabe olmamaq istiqamətində çox ciddi "işlər" görüb. Ona görə də, mən Vasif Talıbovun işdən çıxarılmasını Vətənə xəyanətlə bağlı olduğunu düşünürəm.
01:20 / 12 Oktyabr 2026
203
01:15 / 12 Oktyabr 2026
73
00:50 / 12 Oktyabr 2026
74
00:40 / 12 Oktyabr 2026
670
00:40 / 12 Oktyabr 2026
73
00:38 / 12 Oktyabr 2026
111
00:36 / 12 Oktyabr 2026
86
00:35 / 12 Oktyabr 2026
94
00:17 / 12 Oktyabr 2026
280
23:55 / 11 Oktyabr 2026
90
23:50 / 11 Oktyabr 2026
573
23:43 / 11 Oktyabr 2026
84
23:37 / 11 Oktyabr 2026
77
23:30 / 11 Oktyabr 2026
1116
23:21 / 11 Oktyabr 2026
169
23:09 / 11 Oktyabr 2026
407
23:02 / 11 Oktyabr 2026
124
22:49 / 11 Oktyabr 2026
444
22:46 / 11 Oktyabr 2026
128
22:28 / 11 Oktyabr 2026
1799
22:25 / 11 Oktyabr 2026
169
22:22 / 11 Oktyabr 2026
662
22:19 / 11 Oktyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.