Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2137
21.12.2022, 08:43
İran Azərbaycandan Naxçıvana avtomobillərin hərəkətini dayandırıb?
Oxu24.com xəbər verir ki, ğzünü “İran üzrə ekspert” kimi təqdim edən “Pakagits” analitik platformasının koordinatoru Artin Arakelyan öz Telegram kanalında bildirib ki, Laçın yolunda baş verənlərə cavab olaraq İran Azərbaycandan Naxçıvana avtomobillərin hərəkətini dayandırıb.
Arakelyan yazır: “İran bir neçə gündür ki, İslam Respublikası ərazisindən keçən Bakı-Naxçıvan magistral yolunu bağlı saxlayır. Bu, Laçın dəhlizinin bağlanmasına cavab olaraq edilib."
Ermənilər İrandan Naxçıvana gedən yol haqqında niyə saxtakarlıq ediblər?
Qeyd edək ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyatın dayandırılması çağırışları hələ dekabrın əvvəlində, azərbaycanlı ekoloji fəalların Laçın-Xankəndi yolunda aksiyasına başlamazdan bir neçə gün əvvəl İranda eşidilib. İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın Telegram kanalları və internet saytları bunu Azərbaycan və Türkiyə ordularının İranla həmsərhəd bölgələrdə keçirdiyi “Qardaş yumruq” birgə hərbi təlimlərindən sonra səsləndirib.
Məsələn, İran xüsusi xidmət orqanlarına yaxın olan və mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparan “Bultan News” saytı Biləsuvardan Naxçıvana səfərləri dayandırmağa çağırıb. Saytda bildirilir ki, “bu yolun ciddi təmirə ehtiyacı var və istifadə etmək mümkün deyil”. Çağırış müəllifləri həmçinin vurğulayırlar ki, Azərbaycan Türkiyə ilə “talışların məskunlaşdığı cənub bölgələrində” birgə təlimlər keçirib.
Saytın yazdığına görə, “NATO qüvvələrinin Biləsuvarda, İran sərhədlərindən çox da uzaqda olmaması Naxçıvana gedən yolun təhlükəsizliyini təhlükə altına qoyur”.
Lakin “İran üzrə ekspert”in dediklərini İrandan Naxçıvana gedən Azərbaycan yük maşınlarının sürücüləri də təsdiqləmir. Sürücülərdən birinin dediyinə görə, nə o, nə də həmkarları yolun bağlanması ilə bağlı heç nə eşitməyiblər və hələ də İran tərəfdən heç bir maneə ilə üzləşməyiblər.
Biləsuvar sakinləri də Haqqın.az-a açıqlamalarında İrandan Naxçıvana gediş-gəlişin dayandırılmadığını təsdiqləyirlər.
Tərcümə: Miri Məcidli
12:25 / 12 Oktyabr 2026
1
12:17 / 12 Oktyabr 2026
19
12:12 / 12 Oktyabr 2026
41
11:57 / 12 Oktyabr 2026
41
11:52 / 12 Oktyabr 2026
44
11:46 / 12 Oktyabr 2026
269
11:39 / 12 Oktyabr 2026
67
11:31 / 12 Oktyabr 2026
327
11:27 / 12 Oktyabr 2026
70
11:24 / 12 Oktyabr 2026
83
11:18 / 12 Oktyabr 2026
607
11:16 / 12 Oktyabr 2026
52
11:08 / 12 Oktyabr 2026
1071
11:05 / 12 Oktyabr 2026
208
11:03 / 12 Oktyabr 2026
66
10:57 / 12 Oktyabr 2026
304
10:53 / 12 Oktyabr 2026
80
10:45 / 12 Oktyabr 2026
241
10:38 / 12 Oktyabr 2026
125
10:31 / 12 Oktyabr 2026
47
10:24 / 12 Oktyabr 2026
122
10:20 / 12 Oktyabr 2026
69
10:17 / 12 Oktyabr 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.